Yuxarı

AXCP Rəsulzadəni təhqir etməkdə suçlanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli son günlər intensivləşən Müsavat-AXCP gərginliyinə münasibət bildirib.

Hafta.az-ın verdiyi xəbərə görə, M.Hacıbəyli AXCP-nin Müsavatı gözdən salmaq istədiyini qeyd edib: "YAP-la Yurdun ümumi cəhətləri getdikcə daha qabarıq biruzə verməkdədir. Bunlardan biri də çağdaş Müsavatı gözden salmaq məqsədilə Rəsulzadəyə dil uzatmaqdır. Əli Kərimlinin istefa vermiş fəxri sədri hara, Rəsulzadə hara?

Qeyd edək ki, AXCP-nin sözçüsü Natiq Ədilov Rüstəm İbrahimbəyovun başqa ölkə vətəndaşı olmasının müzakirəsi zamanı "Rəsulzadə də başqa ölkələrdə yaşayıb və həmin ölkələr qarşısında öhdəliyi olub" deyə fikir bildirib. Bu məsələyə təkcə Müsavat funksionerləri deyil, partiya sədri səviyyəsində reaksiya verilib.

Müsavat başqanı İsa Qəmbər partiyanın iclasında bu haqda danışıb: "Daim Rəsulzadə-Elçibəy yolunda olduğunu deyən qüvvələr bu gün Rəsulzadə ilə Milli Şuranın bugünki nümayəndələrini müqayisə edirlər, Rəsulzadəni hədəfə götürüblər. Bəlkə dayansalar yaxşıdır?"

Tarix
2014.01.02 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla