Yuxarı

Azərbaycanın yeni naziri Türkiyəyə getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Ekerin dəvəti ilə qardaş ölkəyə səfərə gedib.

Türkiyəli nazir Mehdi Eker azərbaycanlı həmkarı ilə görüşdə aqrar sahədə Azərbaycan ilə bir sıra layihələr həyata keçirildiyini vurğulayıb və bu əməkdaşlığın BMT Ərzaq Proqramının Ankaradakı Regional Mərkəzindəki layihələr çərçivəsində davam etməsinin zəruriliyini söyləyib. Onun sözlərinə görə, hazırda Türkiyə ilə Azərbaycan arasında 17 müştərək layihə uğurla həyata keçirilir. İki qardaş ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi də böyük əhəmiyyət kəsb edir.

Heydər Əsədov nazir təyin olunduqdan sonra ilk səfərini qardaş Türkiyəyə etdiyini bildirərək iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ixrac və idxalının artmasının zəruriliyini vurğulayıb. O, Azərbaycan tərəfinin Türkiyənin aqrar sahədə zəngin təcrübəsindən faydalanmaq istədiyini də söyləyib.

Səfər çərçivəsində H.Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada kənd təsərrüfatı, bitkiçilik laboratoriyaları və elmi-tədqiqat mərkəzlərində də olub. ("Musavat.com")

Tarix
2014.01.03 / 01:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla