Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Oktyabr 2018


Adil Əliyev: “Kimsə mənə qadağa qoya bilməz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Adil Əliyev öz "feysbuk" profilində növbəti açıqlama ilə bəzilərinin onun fikirlərinə yanaşmasından dolayısı narazılığını ifadə edib.

Xatırladaq ki, ötən gün millət vəkili Qarabağın azadlığı uğrunda şəhid olma arzusu ilə bağlı status paylaşmışdı və bu açıqlama ciddi rezonans doğurdu.

A.Əliyevin yeni statusunu təqdim edirik:

"Hərdən fikirləşirəm ki, paxıl adamlar özünü gözləməyi bacarmır; Bu adamlar dəlil-sübut olmadan ittiham və mühakimə edir, başqalarının qüsurlarını üfürüb şişirdir, ən kiçik səhvi cinayət səviyyəsinə qaldırır, ən danılmaz fəzilətlərə kin və qəzəblə hücum çəkirlər. Başa düşə bilmirəm ki, daşım niyə ağırdı və bu nifrət mənə qarşı hardan qaynaqlanır. Kimsə mənim xoşuma gəlməyə bilər, ancaq mən heç vaxt o insanlara qarşı kin saxlamamışam. Onlarla üz-üzə gəlməməklə kifayətlənmişəm. Əgər kiməsə yaxşılıq etməmişəmsə, bu, o demək deyil ki, mən pis adamam. Bəziləri bilməlidir ki, mən dövlətimə lazım olan yerdə xidmət etmişəm.

Dostlar, mən vicdanım qarşısında təmizəm, vicdan isə daxilimdəki Allahın səsidir. Allah millətimizi qorusun, arzusuna çatdırsın. Kimsə məni vətənimi, dövlətimi, xalqımı və prezidentimi sevməyi qadağan edə bilməz".

Tarix
2014.01.06 / 23:33
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

"Vaşinqton Tayms" Boltonun Bakı səfərindən yazdı

26 il: Qələbələr salnaməsi

Vaxt bitdi: Rusiya Türkiyə üçün əlavə zaman tanıyacaq?

Nikol istefaya gedir: Sərkisyanın Qarabağ səfərinin hədəfi

Ərdoğan Səudiyyəni bir anda məhv edə bilər – Sensasiya

Bransonun azadlığa buraxılması Türkiyəyə nə vəd edir?

Prezidentdən şad xəbər: İranla sərhədədək yeni yol

Elmar Məmmədyarov Koveney ilə görüşdü

Müvafiq göstərişlər veriləcək - İlham Əliyev

Senator: Azərbaycanda son 15 ildə möhtəşəm dəyişikliklər...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla