Yuxarı

Ankarada 560 nurçu polisdən uzaqlaşdırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökuməti ötən ilin 17 dekabrında həyata keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra polis təşkilatını nurçu və nurçulara yaxın polislərdən təmizləməyə başlayıb.

"Axar.az" "Apa" ya istinadən xəbər verir ki, yanvarın 7-nə keçən gecə Ankara Əmniyyət Müdirliyində (polis idarəsi) 560 polis müdiri və məmuru vəzifələrindən çıxarılaraq başqa yerlərə - passiv vəzifələrə təyin olunub. Onların arasında hökumətin Gəzi parkı olaylarından sonra mükafatlandırdığı əmniyyət müdirinin müavini Mahmud Azmaz da var.

Qeyd edək ki, daxili işlər naziri vəzifəsinə təyin olunan Əfqan Alanın qarşısına qoyulan əsas vəzifə nurçuların dövlət içərisində qurduğu bildirilən "paralel dövlət"in çökdürülməsidir. İlk olaraq paytaxt Ankaranın polis təşkilatını yeniləyən Ə. Ala "təmizləmə" əməliyyatını davam etdirir.

Xatırladaq ki, Ərdoğan hökuməti 17 dekabr əməliyyatını dövlət orqanları içərisində mövqe tutmuş nurçuların hökuməti devirmə cəhdi kimi qiymətləndirir.

Tarix
2014.01.07 / 10:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla