Yuxarı

Eldəniz Quliyev: “Müsavatçılığı rüsvayçılığa bərabər etdilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir neçə dəfə mətbuata müsahibəmdə demişdim ki, Müsavat Partiyası Milli Şuradan gedəcək. Çünki lap əvvəldən Müsavatın fikrinin nə olduğu aydın görünürdü. Onların gətirdiyi arqumentlər bəhanədən başqa bir şey deyildi. Müsavatın Rüstəm İbrahimbəyovla heç bir problemi yoxdur. Onu, sadəcə, bəhanə edirdilər".

Bu sözləri "Axar.az"a açıqlamasında El hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Müsavat Partiyasının Milli Şuradan çıxması barədə danışarkən dedi. O bildirdi ki, Müsavatın əsas problemi heç də üzdə göründüyü kimi Rüstəm İbrahimbəyov deyil:

"Müsavatın problemi Milli Şura ilə bağlıdır. Ona görə ki, uzun illər sonra müxalif qüvvələrin birliyi yaranmışdı. Milli Şuranın yaranmasında təkcə demokratik düşərgənin yox, həm də xalqın iradəsi var idi. Məni maraqlandıran sual başqadır. Nəyə görə Müsavat Partiyası Milli Şuraya hökumətlə eyni münasibəti bəsləyir? Qoy, Müsavat Partiyasının rəhbərliyi bu suala aydınlıq gətirsin. İzah eləsinlər ki, hökumətlə bunların mövqeyi niyə yüz faiz üst-üstə düşür?"

Eldəniz Quliyev Müsavat Partiyasının hərəkətini Milli Şuranın üzünə vurulmuş silləyə bənzətdi:

"Milli Şura əvvəlki qurum deyil. Çox dəyişikliklər oldu. Amma buna baxmayaraq, biz bunu qorumalıyıq. Bəli, Müsavat Partiyasının getməsi bizə zərbə oldu. Amma bu zərbə qəşş edib gülməkdən keçinən insanı ayıltmaq üçün vurulmuş sillə idi".

El hərəkatının Ali Məclisinin sədri onu da bildirdi ki, Müsavat Partiyasının son addımı rüsvayçılıqdır:

"Sosial şəbəkələrdə Müsavatın üzvlərindən Xəzər adlı bir nəfər var. Olduqca tərbiyəsizlik edir. Öz partiya mövqelərini hər kəsə diktə etməyə çalışır. Təhqir dolu şeylər yazır. Bu bədbəxtin xəbəri yoxdur ki, Müsavatla müsavatçılığın arasında bərabərlik işarəsi ona görə qoyulmur ki, Müsavat Partiyasında bu cür xəstə adamlar var. Bu yerdə Müsavatla - müsavatçılıqla rüsvayçılıq bərabər edilir. Bu, ona görə baş verir ki, onların belə funskionerləri var".

Tarix
2014.01.07 / 18:17
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla