Yuxarı

Yardımlı icra başçı PA-nın göstərişinə əməl edə bilmir – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Azər Əkbərov tutduğu vəzifədən azad edilib, amma onun yerinə kadr tapa bilmirlər.

Bu barədə "Axar.az"ı məlumatlandıran qaynağın sözlərinə görə, Prezident Adminstrasiyasının paytaxt və bölgələrdəki icra strukturlarında başçının humanitar məsələlər üzrə müavini postuna həmin rayondan olan intellektli, gənc xanımların təyin edilməsi tapşırığına əməl etmək üçün Yardımlının icra başçısı öz müavini Azər Ələkbərovu işdən azad edib. Ancaq bir aydan artıqdır ki, azad olunan müavinin yerinə sözügedən parametrlərə uyğun xanım namizəd tapa bilmir.

Xəbərdə qeyd olunur ki, Yardımlı kimi ucqar və klassik ənənələrə bağlı rayonda Prezident Administrasiyasının tələblərinə uyğun gələn xanım namizəd tapmaq müşkülə çevrilib. Bu rayondan olan ziyalı və cəmiyyətə açıq gənclərin böyük əksəriyyəti paytaxtda məskunlaşıblar, ali təhsildən sonra öz həyatını rayonda quran gənc xanımlar isə mühafizəkar ənənənin davam etdirildiyi Yardımlıda hansısa vəzifə tutmağa ehtiyat edirlər. Yalnız tibb və təhsil sahəsində çalışmaqla - müəllim və həkimliklə kifayətlənirlər.

İşdən azad edilməmişəm

Yardımlı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini vəzifəsində çalışmış Azər Əkbərov "Axar.az"a açıqlamasında vəzifədən azad edilməsi xəbərini yalanladı:

"Hazırda Yardımlıda deyiləm, amma bu, o demək deyil ki, vəzifəmdən çıxarılmışam. Tamamilə yanlış informasiyadır. Vəzifəmdən çıxarılmamışam. Öz işimdəyəm. Sadəcə, indi rayonda deyiləm".

Namizədlərimiz var

Yardımlı Rayon İcra Hakimiyyəti Ümumi şöbəsinin müdiri Zakir İmanov isə "Axaraz"a Azər Əkbərov işdən uzaqlaşdırıldığını təsdiqlədi:

"Azər Əkbərov hazırda müavin vəzifəsini icra etmir, bir müddət əvvəl öz ərizəsinə əsasən vəzifəsindən uzaqlaşdırılıb. Hazırda onun yerinə təyinat olmayıb".

Zakir İmanov humanitar məsələlər üzrə müavin vəzifəsinə namizədlərin müzakirə olunduğunu da etiraf etdi:

"Namizədlər arasında xanımlar da, kişilər də var. Heç bir yaş limiti yoxdur, sadəcə, dövlətimizin apardığı siyasətə uyğun olaraq, gənclərə daha çox önəm verilir. Amma təbii ki, son qərarı rəhbərlik verəcək".

Tarix
2014.01.08 / 13:36
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla