Yuxarı

Ərzaq dükanında narkotik satırmış - Şirvanda/Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb.

İdarədən verilən məlumata görə, Şirvan şəhər sakini, 36 yaşlı Rahim Qarayevin şəxsi ərzaq mağazasında narkotik maddə satması barədə əməliyyat məlumatı əldə edilib. Dərhal hərəkətə keçən polis əməkdaşları onu cinayət başındaca yaxalayıblar.

Araşdırmalarla müəyyən edilib ki, R.Qarayev özünə məxsus mağazada ərzaq və digər məhsullarla yanaşı xeyli müddətdir ki, marixuana da satırmış. R.Qarayev bildirib ki, o, tanımadığı şəxslərdən əldə etdiyi qurudulmuş marixuananı bükümlərə ayıraraq mağazasındakı piştaxtanın altında gizlədib və müştərilərə hər bükümünü 10-20 manat arasında satıb. Sonuncu dəfə isə bir büküm marixuananı satarkən tutulub.

Mağazaya baxış keçirilərkən bir neçə bükümdə marixuana, narkotik maddələri qəbul etmək üçün xeyli sayda "Kazbek" siqaretləri, satışdan əldə edilən külli miqdarda nağd pul və digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Qeyd edək ki, narkotik maddə satılan bu mağaza Şirvan şəhər 10 saylı orta məktəbin cəmi 20 metrliyində yerləşir. R.Qarayev bu cinayəti ilə həm də yeniyetmə gənclərin zərərli vərdişlərə qurşanmasına şərait yaratmış olurmuş.

Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır. (Trend)

Tarix
2014.01.09 / 18:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla