Yuxarı

ASALA ilə təhdid edilən ombudsman “Axar.az”a danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənə hələ də təzyiqlər davam edir".

Bu sözləri "Axar.az"a açıqlamasında Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriyu deyib.
O, Ermənistan parlametində çıxışından sonra təzyiqlərin hələ də davam etdiyini qeyd edib: "Telefon və mətbuat vasitəsilə edilən təzyiqlər artıq dayanıb. Lakin sosial şəbəkələrdə - Feysbuk və "Tvitter"də ünvanıma hələ də təhqirlər, söyüş dolu şərhlər və ittihamlar davam etməkdədir".

A.Qriqoriyu həmçinin Xocalı soyqırımının Moldova parlamentində tanınması üçün həddən artıq çox iş görməyin vacib olduğunu bildirib:

"Bu işi Moldova parlamenti bir başa həyata keçirə bilməz. Amma mənim özüm öz səlahiyyətlərimdən istifadə edərək daimi Parlament Komissiyası qarşısında bu hadisəyə xüsusi qiymət verilməsi və yeni qanun layihəsinin hazırlanması ilə bağlı təşəbbüslə çıxış edə bilərəm. Yenə də deyirəm, qanun layihəsinin hazırlanmasına qədər ilkin mərhələdə hələ çox iş görmək lazımdır".

O, Xocalı soyqırımı haqqında demək olar ki, Moldovada ən aşağıdan tutmuş yuxarıya qədər heç kimin informasiyaya sahib olmadığını qeyd edib. Ombudsman bunu Ermənistan parlamentində çıxış etməsindən sonra Moldovada ona verilən reaksiyadan müşahidə etdiyini bildirib: "Mənim Ermənistan parlamentində çıxışımdan sonra Moldova parlamentinin reaksiyası bunun sübutudur. Burada heç kim Xocalı haqqında məlumata sahib deyil. Həm güclü iş aparılmasa uğursuzluqla üzləşə bilərik. Moldovada bütün media demək olar ki, erməni əsilli olan jurnalistlərlə doludur. Ona görə də erkən qələbəyə ümid etməyə dəyməz".
A.Qriqoriyo tezliklə Moldova parlamentində bununla bağlı sərgilərin keçirilməsinin soyqırımın tanınmasında mühüm bir addım olacağını söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl A.Qriqoriyu Ermənistan parlamentində Xocalı soyqırımı haqqında məruzə ilə çıxış etmişdi. O, Ermənistanı soyqırım törətməkdə günahlandırmışdı. Ermənilər tərəfindən edilən təzyiqlərdən sonra Moldovada heç bir parlamentari onu müdafiə etməmişdi. Məhz buna görə ombudsman yenidən öz vəzifəsi üçün namizədliyini verməyəcəyini demişdi. A.Qriqoriyu öz açıqlamasında ermənilərin onu ASALA terror təşkilatı ilə də hədələdiklərini bildirmişdi.

Tarix
2014.01.10 / 20:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla