Yuxarı

Müdafiə naziri Zakir Həsənovla bağlı şok faktlar – İddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müdafiə Nazirliyinin rəhbərliyində deyəsən əməlli-başlı fikir ayrılığı yaşanmaqdadır. Son günlər orada baş verənlər bunu deməyə əsas verir".

Bunu öz "feysbuk" statusunda hərbi ekspert Üzeyir Cəfərov paylaşıb. Ekspert ehtimal edir ki, vəzifəsinə ötən ilin oktyabrında təyinat alan general-polkovnik Zakir Həsənova qarşı həm MN daxilində, həm də kənardan çox güclü təsirlər və təzyiqlər var. Təsir iddiasını əsaslandırmağa çalışan Ü.Cəfərov bildirir:

"Əgər belə olmasaydı, haqqında indi danışacağımız bir neçə kadr təyinatları ilə bağlı əsil traqikomediya yaşanmazdı. Bir neçə gün bundan öncə məlum oldu ki, MN-də HHQ və HHM qoşunlarının komandanı vəzifəsinə təyin edilən general-mayor Altay Mehdiyevlə bağlı Müdafiə naziri bir ay bundan öncə imzaladığı əmri dəyişib. İndi də Altay Mehdiyev Şəmkir Hərbi Birləşməsinə təyinat alıb. Əgər MN-nin rəhbərliyi məqsədə müvafiq saysa, onu hansı vəzifəyə təyin etdiklərini də açıqlaya bilərlər. Axı, bir ay bundan öncə, MN özü təsdiq etmişdi ki, Altay Mehdiyev SQ Hərbi Akademiyasına rəis təyin edilib. General rütbəsini daşıyan bir şəxslə bağlı belə tam olmayan qərarların verilməsi, sonradan isə onun dəyişdirilməsi heç də yaxşı hal sayıla bilməz. Bir başqa misalı qeyd etmək istəyirəm. MN-nin Mənzil İstismar İdarəsi ləğv edildikdən sonra mətbuatda məlumat getdi ki, yeni yaradılmış Tikinti İşləri üzrə idarəyə polkovnik-leytenant Zakir Niftəliyev təyinat alıb. Amma nazir ilə Baş Qərargah rəisi arasında yaranan bəzi gərginliklər səbəbindən, Zakir Niftəliyev də vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə bir vaxtlar sabiq Müdafiə naziri tərəfindən cəzalandırılan polkovnik-leytenant Qəhrəman Ağayev təyin edilib".

Naxçıvanda yeni yaradılmış Əlahiddə Qoşun Ordusunda bir neçə yerə təyinatın da öz iradəsi ilə verilmədiyini iddia edən ekspert Şəmkir Hərbi Birləşməsinə aşağı vəzifəyə təyin edilmiş MN-nin Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik-leytenant Elçin Mehdiyevin əmrinin ləğv edilərək daha yuxarı vəzifəyə - Naxçıvan ƏÜO -na təyinatının reallaşmasını fikirlərinə sübut kimi göstərib:

"MN-nin Goradil İstirahət Mərkəzinə Daxili Qoşunların ehtiyatda olan zabitinin də rəis təyinatı çox böyük mübahisələrə səbəb olub. Bu 2 ay yarım müddətdə yeni Müdafiə nazirinə o qədər əmrlərin imzalanmasını və sonradan dəyişdirilməsini yaşadan insanlar anlamalıdırlar ki, bu heç də cəmiyyət tərəfindən yaxşı qarşılanmır və bu nazirlik hansısa mülki bir qurum deyil.

Əldə etduyimiz son məlumatlardan biri də bu yaxınlara qədər MN sistemində general vəzifəsində olmuş polkovnik rütbəli bir vəzifəli şəxsin rüşvət alma ittihamı ilə həbs edilməsi xəbəridir ki, yəqin ki, MN özü bu məsələyə gün ərzində aydınlıq gətirsə, yaxşı olar. Bizə o zabitin konkret adi, soyadı və onun işini aparan Respublika Hərbi Prokurorlugunun mühüm işlər üzrə müstəntiqinin adı və soyadı da bəllidir.

Başqa maraqlı məqamlar da var. Onlar haqqında bir qədər sonra..."

Tarix
2014.01.13 / 12:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla