Yuxarı

Elmar Məmmədyarov Pakistanın yeni səfiri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Xalid Usman Qayseri qəbul edib.

"Axar.az" Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə nazir Elmar Məmmədyarov Xalid Usman Qayseri Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin görüşdə Azərbaycan ilə Pakistan arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Səfir Qayser diplomatik fəaliyyəti dövründə iki ölkə arasında qardaş münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Xalid Usman Qayser etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Tarix
2014.01.16 / 19:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla