Yuxarı

Qorbaçovun beynəlxalq məhkəməyə verilməsi tələb edildi - FOTO

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyev şəhərində müxtəlif millətləri təmsil edən təşkilatların iştirakı ilə 20 Yanvar hadisələrinin 24-cü ildönümü qeyd olunub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Ukrayna Millətlər Assambleyası, Ukrayna Yəhudi Fondu, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzi, o cümlədən Ukraynada fəaliyyət göstərən digər bir sıra xalqların diaspora təşkilatları ilə birgə konfrans keçirlib.

Konfransda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Tədbirdə çıxış edən BUAK sədri Rövşən Tağıyev 24 il əvvəl Sovet qoşunlarının Bakıda və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı həyata keçirdiyi kütləvi qırğınlar barədə danışıb.

Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov, Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Ukrayna Yəhudi Fondunun prezidenti Arkadi Monastırski, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzinin prezidenti Pyotr Şarafetdinov və digər xalqların diaspora rəhbərləri 20 Yanvar faciəsindən 24 il ötməsinə baxmayaraq bu qanlı cinayətdə birbaşa əli olan Mixail Qarbaçov və o vaxtkı sovet rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini bildiriblər.

Bununla bağlı Ukrayna Millətlər Assableyası adından beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Tarix
2014.01.18 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla