Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 İyul 2018


Müdafiə Nazirliyi erməni hədəsinə cavab verdi – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Erməni əsgərlərinin ölüm səbəbi Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulmasıdır".

Bunu "Axar.az"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat katibi Vaqif Dərgahlı deyib.

O, Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə növbəti dəfə qarşı tərəfin xəbərlər yaymasını rəsmi İrəvanın dezinformasiyası və təxribatı kimi dəyərləndirib:

"Bu məlumatın ardınca Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana hədə-qorxu dolu bəyanatlarla çıxış etməsi də bizim üçün təəccübləndirici deyil. Çünki erməni tərəfi hər dəfə Ermənistanda hakimiyətə qarşı kütləvi narazılıqlar baş qaldırdıqda öz xalqının diqqətini yayındırmaq məqsədilə cəbhədə guya Azərbaycan tərəfinin aktiv döyüş əməliyyatlarına başlaması fikrini ortaya atır".

V. Dərgahlı yanvarın 18-də pensiya islahatına qarşı erməni müxalifətinin mitinqə 10 minlərlə narazı kütləni çıxarmasından Ermənistan hərbi-siyasi rejiminin təşvişə düşdüyünü və ictimaiyyətin diqqətini bu aksiyalardan yayındırmaq məqsədilə rəsmi İrəvanın növbəti dəfə öz xalqına qarşı psixoloji təsir üsulundan istifadə etdiyini bildirib:

"Əslində isə Ermənistan ordusundakı itkilərin kökündə Ermənistan Müdafiə naziri Seyran Ohanyanın da yanvarın 16-da etiraf etdiyi kimi, "ordudakı zorakılıq nizam-intizamın aşağı səviyyədə və şəxsi heyətin qarşılıqlı münasibətlərinin pis olması" durur. Elə bu dəfə də erməni əsgərlərinin ölüm səbəbi hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulmasıdır".

O, Müdafiə Nazirliyinin bir daha rəsmi olaraq qoşunların təmas xəttində hər hansı bir insident qeydə almadığını və Silahlı Qüvvələrimizin bölmələrinin heç bir itki vermədiyini deyib.

Qeyd edək ki, dünən Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Arçrun Ovanisyan Azərbaycan Ordusunun baş verən hadisələrə görə cəzasız qalmayacığını bildirmişdi.

Tarix
2014.01.21 / 11:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Prezident tapşırıq verdi: Xainlərin axtarışı davam etdirilir

Gəncə olayı: qatillərin daxildəki havadarları... - Məmmədov

Tramp-Putin görüşünün tarixi əhəmiyyəti... – Şərh

Oyuncaq prezident olmaq istəyən kütbeyinlər... – Deputat

Əliyev onların qarşısına silahlı dəstə çıxarmadı, çağırış etdi ki...

İrandan Vəliyevin güllələnməsinə - Reaksiya

Qatillər iki polisimizi qətlə yetirdilər, amma... – Əli Həsənov

Gəncə terroru: səbəblər və həll yolları... – Deputatdan təklif

Türkiyədəki çevriliş cəhdi və Gəncə olayı... – Səfir

İbrahimbəyli "Hüseyniyyun" dəstəsi yaradıb - Şok məlumat

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla