Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyul 2018


İntiharların artmasının səbəbi mediadır - SOS

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar az qala hər gün bir intihar hadisəsi baş verir. Özünə qəsd edənlərin daha çox gənclər olduğunu nəzərə aldıqda, istər-istəməz sual yaranır: intiharların səbəbi nədir?

Statistika

2013-cü ildə 251 intihar hadisəsi qeydə alınıb. Bunu "Təmiz dünya" qadınlara yardım İctimai Birliyinin 2013-cü il ərzində mediada intihar hadisələri ilə bağlı materialların monitorinqini aparan ekspertləri bildiriblər. Monitorinq nəticəsində müəyyənləşib ki, Azərbaycanda intihar edənlərin əksəriyyəti kişilərdir - 137 nəfər.

Ötən il ərzində qadınlarla bağlı 34, kişilərlə bağlı isə 22 intihar cəhdi qeydə alınıb.

2014-ün yeni girməsinə baxmayaraq, hələ yanvar ayının 17 günü ərzində 18 nəfər intihar edib – son intiharlar bu statistikaya aid deyil.

İntihar – etirazın kəskin formasıdır

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Axar.az"a bildirdi ki, intihar üçün müxtəlif səbəblər ola bilər:

- İntihar bir anda baş verən proses deyil, uzun müddət insanın beynində özünə kök salır. Əgər kim deyirsə ki, mən intihar etmək istəyirəm, o zaman biz gülüb keçməməliyik, buna ciddi yanaşmalıyıq. Bu, bir hazırlıq prosesidir. İntiharın əsas səbələrindən biri insanın düşdüyü vəziyyətdən çıxması üçün münbit şəraitin olmamasıdır. Məsələn, intihar etmək istəyən şəxsi dinləyən, onun fikirlərini öyrənməyə çalışan kimlərinsə olmaması. Borc asılılığı, şəxsiyyətin alçaldılması, sevgidə uğursuzluq, ətrafdakılara etiraz etmək istəyi, zorakılıqdan çıxış yolu tapa bilməmək intiharın səbəblərindəndir. İstənilən halda intihar etirazın kəskin formasıdır. Bu bir çağırışdır. Əslində, bu insanlar şüuraltı öz intiharlarına çox da inanmırlar, kiminsə onu diqqət mərkəzində saxlayıb, xilas edəcəyini düşünürlər, lakin təəssüflər olsun: biz o qədər biganəyik ki, xilas yox, məhv etməyə üstünlük veririk.

Bütün dünyada kişilər intihara daha çox meyllidirlər. Onlar etirazın intihar formasına daha çox üstünlük verirlər. Lakin son zamanlar Azərbaycanda kişi və qadın intiharları bərabərləşib. O cümlədən uşaq intiharı da ciddi bir problem kimi gündəmdədir.

Ailə psixoloqlarının olmaması da ciddi problemdir. Buna çox ehtiyac var. Əvvəllər ailələr bir-birinə qarşı çox diqqətli idilər, informasiya texnologiyası əsri insanları bir-birindən ayırır. Virtual aləm insanları o qədər virtuallaşdırır ki, adamlar bir-birinin gözünün içinə baxmağa o qədər də vaxt tapmırlar.

Göz kontaktı, əl təması insanların bir-birinə münasibətini müəyyənləşdirən ən yaxşı amildir. Bu dövrdə o baxımdan ailə psixoloqlarına ehtiyac çox böyükdür. Amma bizim ölkədə yaxşı, ixtisaslaşmış psixoloq tapmaq çox çətindir. Bu sahədə ixtisaslaşma, insanlara yardım göstərməyi bacaran psixoloqların hazırlanması günün tələbidir.

Media – intihar səbəbidir

Sosioloq Sənubər Heydərova da intiharların müxtəlif səbəblərinin ola biləcəyini dedi:

- Bu intiharların müxtəlif səbəbləri var. Bunu ancaq sosial və ya psixoloji səbəblərə bölmək mümkün deyil. Ancaq bütün səbəbləri kənara qoyub başqa bir məsələyə diqqət yetirmək lazımdır. Artıq isbat olunub ki, haqqında mətbuatda çox danışılan hərəkətlər cəmiyyətdə həndəsi silsilə ilə artır. Deməli, bu xəbərləri və açıqlamaları mümkün qədər minimuma endirmək lazımdır.

Kişilərin daha çox intihar etməsinin də səbəbi budur ki, kişilər göründüklərinin və cəmiyyətdə olan fikirlərin əksinə fiziki və psixoloji cəhətdən daha zəifdirlər. Qadınlar emosionaldırlar, onların başqalarının yanında ağlamaq, şikayət etmək, zəiflik göstərmək kimi kompleksləri yoxdur. Kişilərsə bütün bunları edə bilmirlər, ətrafdakıların, yaxınlarının onları həmişə güclü görmək gözləntisi var. Buna görə də onlar adətən narahat olduqları məsələləri səsləndirmirlər. Cinayətlərin, intiharların da çoxalmasının əsas səbəblərindən biri yığılan, etiraf edilməyən, gizlədilən qəzəbdir. İntihar və qətl adətən onların "partlayış" anında baş verir. Cəmiyyətə kişilərin üstünə yüklənməmək, onların üzərinə həddən artıq məsuliyyət qoymamaq mesajları vermək lazımdır. Xüsusən bizimki kimi Şərq cəmiyyətlərində kişilərin məsuliyyəti və yükü daha ağırdır.

İntiharın bioliji səbəbi də var

Psixologiya ve Konsultasiya Mərkəzinin həkim psixitarı Orxan Fərəcli bu intiharların həm psixoloji, həm sosioloji, həm də bioloji səbəbləri olduğunu bildirdi:

- Psixoloji səbəb ondan ibarətdir ki, bunlar "verter effekti"nin təsiridir. Hər gün verilən intihar xəbərləri öz təsirini göstərir və bir növ intiharlar adiləşir.

Kişilərin intihara daha çox meylli olmağının səbəbi isə onların daha çox sosial problemlərinin olmasıdır. Maddi təminatın aşağı olması, ailədə özünü əksilmiş hiss etməsi intihar səbəblərindən biri ola bilər.

Bioloji səbəblər isə bundan ibarətdir ki, beyində serotenin maddəsinin azalması nəticəsində depressiv əlamətlər ortaya çıxır və bu da intiharı qaçılmaz edir.

Qeyd edək ki, dünya ölkələri arasında ən çox intihar halları Finlandiya və Macarıstanda qeydə alınır.

Tarix
2014.01.22 / 16:27
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Загрузка...
Digər xəbərlər

Putinlə görüş Trampın başına bəla oldu – Politoloq

Tramp bəşəriyyət naminə risklər edir – Maraqlı baxış

Tramp dünyanı təhlükəyə atır: nələr ola bilər?

İtaliya Bakının səmimi, sadiq tərəfdaşıdır - Mattarella

Ermənistan bunların heç birinə məhəl qoymur - İlham Əliyev

İlk dəfədir ki, İtaliya prezidenti... - İlham Əliyev

Prezidentdən Matarellanın şərəfinə rəsmi qəbul - Foto

Mixaylov İrəvanı hədələdi: Paşinyan bu addımı atarsa...

Şeyx İtaliya prezidenti ilə görüşdü - Foto

İtaliya prezidenti Qarabağla bağlı mövqeyini bəyan etdi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla