Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Oktyabr 2018


Lebedev: “İnsanlar gələcəkləri barədə məsuliyyət hiss edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda parlament seçkiləri seçicilərin yüksək fəallığı ilə keçirilir.

Bunu Trend-ə MDB müşahidə missiyasının rəhbəri, strukturun icraçı katibi Sergey Lebedev deyib.

Missiya rəhbəri bildirib ki, baş çəkdikləri seçki məntəqələri barədə təəssüratları yüksəkdir:

"Seçkilər sakit və yüksək seçki fəallığı ilə keçir. Partiyaların, namizədlərin xeyli yerli müşahidəçiləri var və bu o deməkdir ki, seçkilər açıq şəraitdə keçirilir".

S.Lebedev qeyd edib ki, hamının səsvermə prosesini müşahidə etmək imkanı var: "İnsanlar parlamentə seçəcəkləri namizədlərə görə öz ölkələrinin gələcəkləri barədə məsuliyyət hiss edirlər. Gördüklərimiz deməyə əsas verir ki, seçkilər sakit keçir".

Onun sözlərinə əsasən, MDB missiyası yerli müşahidəçilərlə, Qərb, həmçinin Şərq ölkələrindən olan digər müşahidəçi qrupların nümayəndələrilə fikir mübadiləsi aparıblar: "Digər missiyalardan olan həmkarlarımız da bizimlə eyni təəssüratlardadırlar. MDB müşahidəçiləri Azərbaycanın bir çox şəhər və rayonlarında işləyirlər. Bizim 147 müşahidəçimiz var. Onların əksəriyyəti seçki məntəqələrinin açılışında iştirak edib".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Tarix
2015.11.01 / 13:34
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bolton və Cənubi Qafqaz: Pərdəarxası məqamlar...

Erməni nasistinin bu şəhərlərdə heykəli var - Kuznetsov

Həmin gün tələbələri dərsdən çıxardıq... – Deputat

Boltonun Bakı səfəri öncəsi Millsin Qarabağ mesajı...

Xərcimizi Türkiyə qarşıladı, getdik və... – Müstəqillik xatirəsi

Kəlbəcərdə “Sidney” qəsəbəsi: Bakı BMT-yə müraciət edərsə...

Millsin İrəvanı silkələyən Qarabağ bəyanatı: ABŞ-ın təsiri...

İrəvandan Millsin Qarabağ açıqlamasına - Reaksiya

5 rayon vədi: Paşinyan niyə qorxur və İrəvan hara gedir?

Bu dalğa Ermənistanı gələn ay vuracaq - Şərh

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla