Yuxarı

Prezident avstraliyalı deputatları qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkinsin başçılıq etdiyi Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun işini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev qrupun fəaliyyətinin ikitərəfli əlaqələrimizin gücləndirilməsində vacib rol oynadığını qeyd etdi. Avstraliyada fəal azərbaycanlı icmasının yaşadığını deyən dövlətimizin başçısı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında iştirakı zamanı onlarla keçirdiyi görüşü xatırladı. Avstraliyada Azərbaycan səfirliyinin artıq bir neçə ildir ki, fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Avstraliya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi.

Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun tərkibində fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd edən Luke Simpkins Azərbaycanın iqtisadi və sosial sahələrdə, demokratiyanın inkişafı istiqamətində əldə etdiyi uğurların böyük əhəmiyyət daşıdığını vurğuladı. O, müşahidə apardıqları məntəqələrdə seçkilərin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini qeyd etdi. Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Azərbaycanda sürətli inkişaf proseslərinin getdiyini dedi, ölkəmizin yerləşdiyi mürəkkəb regionda bu cür nailiyyətlər əldə etməsinin önəmini vurğuladı, bu barədə Avstraliya ictimaiyyətini məlumatlandırmağın əhəmiyyətini bildirdi.

Tarix
2015.11.01 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla