Yuxarı

ABŞ-dan olan müşahidəçilərdən - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də Amerika Müşahidəçilər Qrupu (AMQ) Azərbaycanda keçirilmiş parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, AMQ-nin sədri, ABŞ Konqresinin hərbi xidmət məsələləri üzrə keçmiş rəhbəri Solomon Ortiz qrupun 20 tanınmış keçmiş konqres üzvləri, baş icraçı direktorlar, sahibkarlar, siyasi müşavirlər və Amerikada tanınan digər yüksək səviyyəli şəxslərdən təşkil olunduğunu deyib. AMQ-na ölkə ərazisində seçki məntəqələrini seçməkdə tam azadlıq verildiyini bildirən S.Ortiz deyib: "125-dən artıq seçki məntəqəsi təsadüfi qaydada seçildi. AMQ seçki prosesini hərtərəfli izləyib təhlil etdi. Qrup Bakı şəhərində və Azərbaycanın bir neçə rayonunda seçkinin gedişini izlədi. Seçki prosesi ərzində yüksək fəallıq və beynəlxalq normalara müvafiq seçki prosesi müşahidə olunub. Səsvermə məntəqələrində quraşdırılmış 1000-dən artıq veb-kamera səsvermənin gedişini bütün dünyada izləmək imkanı yaradıb. Gördüklərimiz beynəlxalq aləmdə tanınan vətəndaş cəmiyyəti təşkilatlarının təklif etdiyi məqsədlərə müvafiq idi. Azərbaycan ədalətli, şəffaf və beynəlxalq müstəvidə qəbul olunan seçki keçirməyə böyük səylər göstərdi və bu məqsədə nail oldu".

O, bildirib ki, seçki şəffaflığının əsas göstəricilərindən olan "exit-poll" tədqiqatına geniş imkan yaradılması olduqca müsbət haldır. Müşahidə aparılmış seçki məntəqələrinin heç birində qanun pozuntusu qeydə alınmadı. AMQ seçkilərin azad, ədalətli və şəffaf keçdiyinin şahidi oldu. Seçki prosesinə rəhbərlik edən şəxslər peşəkar və məsuliyyətli idi.

S.Ortiz vurğulayıb ki, Mərkəzi Seçki Komissiyasının internet səhifəsində də səsvermə haqqında geniş məlumat mövcud idi.

Tarix
2015.11.01 / 21:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla