Yuxarı

MSK sədri Rusiya Dövlət Dumasının komitə sədri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının komitə sədri və MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutski noyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşüb.

Axar.az xəbər verir ki, rusiyalı qonağı salamlayan MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilər günündə keçirilən görüşdən məmnunluğunu ifadə edib. Eyni zamanda, vurğulayıb ki, rəhbərlik etdiyi qurum hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığa, qarşılıqlı faydalı münasibətlərə əhəmiyyət verir.

Leonid Slutski Mərkəzi Seçki Komissiyasında olmaqdan şad olduğunu və səmimi qəbula görə təşəkkürünü bildirib. Rusiya Dövlət Dumasının komitə sədri qeyd edib ki, gün ərzində müşahidə etdiyi seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmayıb, seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə etdiyinin şahidi olub. Bugünkü seçkilər bir daha göstərdi ki, Azərbaycanda keçirilən seçkilərdə ilbəil daha böyük irəliləyişlərə nail olunur.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Tarix
2015.11.02 / 00:10
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla