Yuxarı

Parlament seçkisindən nələr yazıldı - MDB

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycanda baş tutmuş parlament seçkisinə MDB mətbuatı geniş yer ayırıb.

Axar.az Seçki-2015-ə istinadən xəbər verir ki, Rusiyanın RBK, RİA-Novosti, TASS, İnterfaks, Lenta.ru agentliklərində yer alan yazılarda bildirilib ki, Azərbaycandakı seçkilər sakit və hakim Yeni Azərbaycan Partiyasının üstünlüyü ilə başa çatıb.

Rusiyanın MİR-24 telekanalı qeyd edib ki, seçkiləri 503 beynəlxalq və 66 min yerli müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamasından sitat gətirən kanal vurğulayıb ki, Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə və ölkə qanunvericiliyinə uyğun keçirilib.

Rusiya İnsan Hüquqları müdafiəçisi Aleksandr Brod "İzvestiya" qəzetinə açıqlamasında seçkilərdə hər hansı nöqsana rast gəlmədiyini deyib:

"Mən paytaxt Bakının 10-dan çox məntəqəsində müşahidə apardım. Seçki komissiyaları çox dəqiq işləyirdi. Eyni zamanda Gəncədə səsverməni izləyən əməkdaşlarla əlaqə saxladım. Hər hansı nöqsanla bağlı məlumat daxil olmadı".

Qazaxıstanın rəsmi informasiya agentliyi "Kazinform" da Azərbaycanda baş tutan parlament seçkilərinə yer ayırıb. Agentlik seçicilərin aktivliyindən və ekzit-polun nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının parlamentdə mandat çoxluğu qazanmasından yazıb.

Belarusun rəsmi "Belta" agentliyi də Azərbaycanda baş tutan parlament seçkilərini işıqlandırıb. Yazıda seçki barədə müfəssəl məlumat (namizədlərin, seçicilərin, seçki məntəqələrinin sayı və sair) verilib. Agentlik qeyd edib ki, seçkilərin şəffaflığını təmin etmək məqsədilə məntəqələrin çoxunda veb- kameralar quraşdırılıb. Seçkini 40-dan çox beynəlxalq təşkilatdan 503 müşahidəçi izləyib. Beynəlxalq təşkilatlarla yanaşı, Avstraliya, İtaliya, Litva, Latviya və digər ölkələrin müşahidəçiləri də səsvermə prosesinin şahidi olublar.

Tarix
2015.11.02 / 11:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla