Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2017


TürkPA seçkilərlə bağlı hesabatını açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.

Secki-2015.az-ın xəbərinə görə, konfransda çıxış edən TürkPA-nın baş katibi Jandos Asanov müşahidə missiyasına yaradılan şəraitdən razılığını bildirib.

TürkPA müşahidə missiyasının seçkilərlə bağlı rəyini təqdim edən Qazaxıstan parlamentinin nümayəndəsi Serikcan Kanayev bildirib ki, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament üzvləri, eləcə də TürkPA baş katibinin rəhbərliyi altında beynəlxalq missiya noyabrın 1-də keçirilmiş parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib:

Missiyamız səfər çərçivəsində Azərbaycan respublikasının Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və digər hökumət nümayəndələri ilə görüşlər keçirmişik. MSK sədri ilə keçirilən görüşdə missiya üzvlərinə seçkiyə hazırlıqla bağlı ətraflı məlumat verilib. Texniki və prosedur qaydaları, seçici qeydiyyatı, təlim materiallarının hazırlanması yüksək səviyyədə təşkil olunmuşdu. İlkin nəticələrə görə, seçicilər səsvermədə fəal iştirak ediblər. Biz Binəqədi, Nəsimi, Səbail seçki dairələrinin məntəqələrində olmuşuq və müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşmüşük. Müşahidələrimiz zamanı seçicilərin seçki prosesinə sakit və təmkinli yanaşmasını müşahidə etdik".

Bildirilib ki, seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi-texniki baza yaradılıb. Missiya tərəfindən hər hansı qanun pozuntuları qeydə alınmayıb. Seçki prosesi qanunvericiliyə və beynəlxalq standartlara uyğun təşkil olunub. TürkPA beynəlxalq müşahidəçilər missiyasının gəldiyi nəticəyə görə, noyabrın 1-də parlament seçkiləri qanunauyğun keçirilib.

Tarix
2015.11.02 / 11:38
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Rusiya məxfi xidmətindən Bakıya xatırlatma... - Millət vəkili

Bakı Avropada separatizmə qarşı hərəkat yaratdı - Mühüm

DİN-nin əməkdaşı Avropada 2-ci oldu - Foto

Sərkisyanın əli Azərbaycan xalqının qanına batıb - Qriqoriu

Əli Həsənov: "Bununla oynamaq olmaz" - Video

Türkiyə səfiri açıqladı: Ərdoğanla Putin Qarabağı təkbətək...

Əliyev: “Futbol Azərbaycanda prioritet sahələrdən biridir”

Məmmədyarovla Lavrovun mətbuat konfransından - Video

Erməni icması ilə müzakirəyə hazırıq, ancaq… - Millət vəkili

Prokurorluqdan Lökbatandakı partlayışla bağlı - Məlumat

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla