Yuxarı

Beynəlxalq müşahidəçilərin yekun bəyanatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda keçirilən parlament seçkiləri azad və şəffaf keçirildi. Seçki kampaniyası ümumi qəbul edilmiş normalara uyğun aparılıb".

Axar.az Secki-2015.az saytına istinadən xəbər verir ki, bu barədə MDB-nin qısamüddətli müşahidə missiyasının rəhbəri Sergey Lebedev keçirdiyi yekun mətbuat konfransında deyib. O bildirib ki, müşahidə missiyası ölkə üzrə 1007 məntəqədə səsvermə prosesini izləyib. Lebedev hesab edir ki, ötən illərlə müqayisədə budəfəki seçkilərdə həm elektoratın, həm də seçki komissiyası üzvlərinin savadlılığı daha da artıb:

"Bəzi xırda nöqsanların qarşısı isə dərhal alınırdı".

Rumıniyadan olan müşahidəçilər qrupu da səsvermə prosesinin müşahidəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər. Rumıniyalı deputat, müşahidə qrupunun rəhbəri Adrian Miroslav-Merka öz fəaliyyətləri barədə məlumat verib. Deputat qeyd edib ki, müşahidə aparılmış bütün seçki məntəqələri yüksək səviyyədə təşkil olunub:

"Seçicilərlə yanaşı müşahidəçilər də seçki məntəqəsinə yalnız şəxsiyyəti təqdim edən sənəd əsasında buraxılıb ki, bu da tamamilə qanunauyğundur. Seçicilərin təkrar səs verməməsi üçün onların barmağı görünməyən mürəkkəblə işarələnib. Məntəqələrdə bütün qutular şəffaf olub. Eyni zamanda səsvermə kabinələrində məxfilik qorunub".

Böyük Britaniyanın Lordlar Palatasının nümayəndələri parlament seçkiləri barədə yekun mətbuat konfransı keçiriblər. Böyük Britaniyanın Lordlar palatasının üzvü Deyvis Evans beş il əvvəl Azərbaycanda keçirilən parlament seçkilərində də müşahidəçi kimi iştirak etdiyini deyib. Builki seçkilərin çox yaxşı təşkil olunduğunu bildirən D.Evans qeyd edib ki, səsvermənin şəffaflığı və təhlükəsizliyin yüksək səviyyədə təmini olduqca təqdirəlayiq haldır.

Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) missiyasının üzvləri Azərbaycanda baş tutan parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçiriblər. Missiyanın üzvü, Avstriyanı təmsil edən Volfqanq Qrossruk bildirib ki, Mərkəzi Seçki Komissiyasının quraşdırdığı veb-kameralar səsvermə məntəqələrində onlayn müşahidəyə imkan yaradıb:

"Müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycanda seçkilər sakit keçib. Səsvermə məntəqələrinə sərbəst giriş olub. Seçicilərin qeydiyyatı ilə bağlı heç bir problemlər olmayıb. Hər dairədə azı 4 nəfər olmaqla, 10-dan artıq namizəd mübarizə aparıb. Səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil aparılıb".

Tarix
2015.11.02 / 14:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla