Yuxarı

Taksilər üçün növbəti yenilik – Standartlar dəyişdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi avtomobilləri üçün standartları dəyişib.

Axar.az Qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, taksi avtomobillərinin xarici tərtibatı ilə bağlı tələblər dəyişib.

Yeni tələblərə görə, taksi avtomobilinin damında "Taksi" tanınma nişanı olan müvafiq fənər, hər iki tərəfdən qabaq və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş, dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır.

Ən maraqlı dəyişiklik taksi avtomobillərin rəngi ilə bağlıdır. Belə ki, indiyədək qüvvədə olan tələblərə görə, Bakı şəhərində taksi avtomobillərinin rəngi bənövşəyi, Sumqayıt şəhərində ağ, Gəncə şəhərində boz, digər şəhər və rayonlarda bej, şəhərlərarası daşımalarda istifadə olunan taksi minik avtomobilləri isə albalı rəngdə olmalı idi. İndi isə bu tələblər ləğv edilib.

Taksilərin rəngi ilə bağlı tələblər yalnız hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin maşınlarına aid olacaq. Belə ki, belə avtomobillər sarı, ağ və ya bənövşəyi rəngdə olmalıdır. Qalan taksi avtomobilləri üçün rəng tələbi aradan qaldırılıb.

Yeni standarta əsasən taksilərin buraxılış ili ilə bağlı tələb də yüngülləşdirilib. Belə ki, 5 il əvvələ qəbul edilən standarta görə, Bakı şəhərindəki taksilər sırf taksi xidməti göstərmək üçün nəzərdə tutulan sərnişin tutumu 5 nəfər olan avtomobillər olmalı, həmçinin mühərriklərinin həcmi 2500 kub sm.dən az olmamalı və AVRO 3 və ya AVRO 4 standartlarına cavab verməli idi. İndi bu tələblər aradan qaldırılıb.

İndiki tələblərə görə, ölkədə taksi avtomobillərinin buraxılış ili 15 ildən artıq olmamalıdır.

Yeni standartda taksi avtomobillərinin iç tərtibatı da qeyd olunub. Taksi-minik avtomobilində isə sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri taksometr aparatı ilə təchiz olunmalıdır. Yeni standarta əsasən taksilərdə GPS monitorinq mərkəzinin GPS aparatının quraşdırılması məcburi deyil.

Xatırladaq ki, taksi avtomobilləri üçün tələblərin yumşaldılması prezident İlham Əliyevin avqustun 31-də imzaladığı "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərmanda nəzərdə tutulub. Həmin fərmanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılırdı ki, taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələbləri sadələşdirsin.

Səbəbi o idi ki, taksi avtomobilləri üün indiyədək qüvvədə olan standartlar çox sərt olduğuna görə, taksi fəaliyyəti ilə məşğul olan əksər fiziki şəxslər onun tələblərinə yerinə yetirə bilmir və bu fəaliyyəti göstərmək imkanından məhrum olurdular. Hazırki dəyişiklik isə taksi fəaliyyətinin daha da sadələşdirilməsinə imkan verəcək.

Tarix
2015.11.02 / 19:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla