Yuxarı

Türk mediası: "Azərbaycanda keçirilən seçkilər..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Anadolu Agentliyi" Azərbaycanda baş tutan parlament seçkiləri haqda beynəlxalaq müşahidəçilərin fikirlərini yayıb.

Axar.az xəbər verir ki, agentlik müşahidəçilərin təəssüratlarına istinadən Azərbaycanda parlament seçkilərinin ədalətli mühitdə, demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçdiyini yazıb.

TürkPA müşahidə missiyası Azərbaycandakı seçkilərin demokratik olduğunu bəyan edib. Bəyanata əsasən, seçkilər qanunvericiliyə tam uyğun keçirilib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı da seçkilərin şəffaf və azad keçirildiyini bəyan edib.

GUAM da öz növbəsində seçilərin qanunvericiliyə uyğun şəkildə, beynəlxalq standartlar səviyyəsində baş tutduğunu açıqlayıb.

Avropa Seçki Akademiyasının bəyanatında da xırda texniki problemləri çıxmaq şərtilə seçkilərin demokratik prinsiplər çərçivəsində keçirildiyini bildirib.

AŞPA müşahidə missiyası isə xırda poblemləri qeydə edərək, seçkiləri yüksək qiymətləndirib. MDB müşahidə missiyasının qiyməti isə daha yüksək oldu. Onlar cidd qanun pozuntusun rast gəlmədiklərini, seçkilərin şəffaf şəkildə başa çatdığını vurğulayıblar.

Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) sədr müavini Ömər Qocaman Anadolu-ya açıqlamasında bildirib ki, seçicilərin marağını və demokratik seçki prosesini öz gözləri ilə görüb: "Vətəndaşların azad iradəsi bülletenlərdə öz əksini tapdı".

Seçkiləri müşahidə edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin müşahidə qrupunun sədri Akkan Suver Azərbaycandakı seçkilərin Qərb standartlarına uyğun keçirildiyini bildirib.

"Bundan əvvəl biz Bolqarıstan və Yunanıstanda seçkilərin müşahidəsini aparmışdıq. Azərbaycanda seçkilər yüksək səviyyədə keçirildi. Seçkilərdə şəffaflıq açıq şəkildə hiss olunurdu. Heç bir insident qeydə alınmadı", - deyə A. Suver qeyd edib.

Tarix
2015.11.02 / 20:17
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla