Yuxarı

Rusiya: “Bakı və İrəvan Qarabağdan yorulub”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ konflikti postsovet məkanında ən uzun sürən problemlərdən biridir.

Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienko söyləyib. Onun sözlərinə görə, bu konflikt SSRİ dövründə başlayıb və 30 ildir davam edir:

"Məncə, bu gün hər kəsə aydındır ki, Qarabağ konflikt iştirakçılarının hamısına problemdən başqa heç nə vermir. Konflikt iqtisadiyyatı, sosial sferanı dəyişir, hər iki dövlət və xalq arasındakı əlaqələri çətinləşdirir. O, Zaqafqaziya regionunda əsas gərginlik mənbələrindən biridir və onun iştirakçılarına dünya siyasətində problemlər yaradır. Bizim bu məsələdə mövqeyimiz dəyişməzdir. Rusiya Qarabağ konfliktinin siyasi yolla həllinin tərəfdarıdır. Ukrayna, Suriya və digər ölkələrdəki hadisələr göstərdi ki, gücə yatırım etmək hansı fəlakətlərə səbəb olur. Ermənistan və Azərbaycan xalqının və beynəlxalq birliyin Qarabağ konfliktindən yorulduğunu görməmək mümkün deyil".

Qeyd edək ki, Qarabağ Azərbaycan torpağıdır və Ermənistan tərəfindən işğal olunub. İşğal olunmuş torpağının geri qaytarılması uğrunda mübarizədən isə Azərbaycan xalqı heç zaman yorula bilməz.

Tarix
2015.11.02 / 21:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla