Yuxarı

İƏT Milli Məclis seçkilərinə rəy verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyasının mətbuata açıqlama yayıb.

Axar.az xəbər verir ki, açıqlamada deyilir: "Azərbaycan hökumətinin dəvəti əsasında və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərində demokratiya prinsipləri və yaxşı idarəçilik dəyərlərinə dəstəklə bağlı İƏT-in mandatına uyğun olaraq, İƏT Baş Katibi Azərbaycanda parlament seçkilərini müşahidə və monitorinq etmək üçün İƏT missiyasını göndərməyi qərara alıb.

Seçki günü bizim missiyanın Bakıda bir sıra seçki məntəqəsinə baş çəkmək imkanı oldu və biz orada seçki prosesini izlədik. Bizim missiya baş çəkdiyi bütün seçki məntəqələrində səsvermənin vaxtında başladığını müşahidə etdi. Missiya baş çəkdiyi məntəqələrdə yüksək seçici fəallığı və səs vermə üçün çoxlu sayda insan axınını müşahidə etdi.

Biz səsvermə prosesinin Mərkəzi Seçki Komissiyasının rəsmiləri tərəfindən peşəkar şəkildə təşkil edildiyini müşahidə etdik. Seçicilər gələn kimi qeydiyyata alınır və səsvermə üçün ayrılan yerdə səs vermələri üçün seçici kartları ilə təmin olunurdular. Bütün proses dinc və nizamlı şəkildə təşkil edilmişdir. Səsvermə materiallarına gəldikdə, bizim missiya seçki qutularının lazımı qaydada möhürləndiyini və hər bir seçicinin səs vermədən öncə skandan keçirildiyini müşahidə etdi. Səsvermə materiallarının əldə edilməsi mümkün idi və etibarlı seçkilərin keçirilməsi üçün lazımı standartlara cavab verirdi.

Biz seçki bülletenlərinin hər bir seçicinin anlaması üçün aydın olduğunu müşahidə etdik. Həmçinin, baş çəkdiyimiz bütün seçki məntəqələrində seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələrinin olduğunu izlədik. Onlar bütün prosesi açıq şəkildə izləməyə imkan verən yerlərdə əyləşdirilmişdilər. Heç bir partiyanın nümayəndəsindən şikayət almadıq. Ümumi atmosfer dinc idi.

Baş çəkdiyimiz bəzi seçki məntəqələrində digər beynəlxalq müşahidəçiləri də gördük və onlardan bəziləri ilə müzakirə etmək imkanına malik olduq. Bizim seçkiləri ümumi dəyərləndirməmiz ondan ibarətdir ki, seçkilər dinc, nizamlı və qəbul olunmuş beynəlxalq meyarlara uyğun şəkildə təşkil edilmişdir. Missiyamız həmçinin, parlament seçkilərinin şəffaf və ədalətli şəkildə təşkil olunmasını izlədik. İnanırıq ki, bu seçki Azərbaycan Respublikasında demokratiyanın və yaxşı idarəçiliyin gücləndirilməsi istiqamətində daha bir addımdır".

Tarix
2015.11.03 / 01:54
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla