Yuxarı

Qələbə: Türkiyənin taleyi necə dəyişəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə AKP-nin hakim partiya olması sistem dəyişikliyinə gətirib çıxara bilər.

Bu sözləri Axar.az-a Türkiyədə keçirilən parlament seçkisində AKP-nin təkbaşına iqtidar olmasına münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri AKP-nin qələbəsini Türkiyə üçün müsbət qiymətləndirib:

"Türkiyə indi çətin bir dövrdən keçir. Ölkəni PKK hücumlarından və böhran əlamətlərindən koalisyon hökumətlə qurtarmaq çətin olacaqdı. Təkbaşına iqtidarla isə PKK-nı sındırmaq və iqtisadi çətinlikləri aradan qaldırmaq mümkün olacaq. Bu, işin müsbət tərəfidir. Ancaq müəyyən narahatlıq doğuran məsələlər də var. Bu ondan ibarətdir ki, Türkiyədə AKP-nin hakim partiya olması sistem dəyişikliyinə gətirib çıxara bilər. Yəni AKP mövcud parlamentar siyasi sistemi prezident üsul-idarəçiliyi ilə əvəzləyə bilər. Bu isə Türkiyədəki respublika üsul-idarəsinə zərbə vura bilər. Hər halda indiki şəraitdə AKP-nin təkbaşına iqtidar olması Türkiyə üçün müsbət qiymətləndirilməldir. Ancaq bundan sonrakı proseslər, konstitusiyanı dəyişdirmək, referendum keçirmək, siyasi sistemdə dəyişiklik məsələlərində artıq xalq öz səsini göstərməli, demokratik nailiyyətlərin əldən getməsinə imkan verməməlidir".

Politoloq AKP-nin təkbaşına iqtidar olması fonunda Türkiyənin Suriya siyasətini də dəyərləndirib:

"Azad Suriya Ordusunun (ASO) formalaşmasında Amerika ilə Türkiyənin rolu böyükdür. Son dövrlərdə miqrant axını məsələsi Avropanı çox ciddi sürətdə narahat edir. Çünki Türkiyədən Egey dənizi vasitəsilə Yunanıstana keçən miqrantların sayını azaltmaq olmur. Hətta bununla bağlı Almaniya Avropa Birliyinin adından Türkiyəyə iki mühüm təklif də irəli sürdü: qaçqınların Türkiyə tərəfində qalması üçün böyük məbləğdə kompensasiynın ödənilməsi və türk vətəndaşlarının Avropaya vizasız gediş-gəliş məsələsi.

Türkiyə Suriya məsələsinin həllində yaxından iştirak edir və Vyana danışıqlarında dörd əsas dövlətdən biridir. Düzdür, İran və Təhlükəsizlik Şurasının digər üzvləri də buraya cəlb edilib. Format genişləndirilsə də, Türkiyənin Suriyadakı məsələlərin siyasi yolla həllinə dair kifayət qədər imtiyaz və hüququ var. Türkiyə bu hüquqdan bundan sonra da yararlanmağa çalışacaq. Hətta Ankara bu istiqamətdə prosesləri bir qədər də sürətləndirə bilər".

Qeyd edək ki, Türkiyədə keçirilən 1 noyabr parlament seçkisində AKP 49,38 faiz səs toplayaraq təkbaşına iqtidar olub. CHP 25,41, MHP 11,98, HDP 10,47%, digərləri isə 2,77% səs toplayıb.

Tarix
2015.11.03 / 09:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla