Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2018


MSK yenidən formalaşdırılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) yenidən formalaşdırılacaq.

Report xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir.

MSK-nın hazırki tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb, tərkibi 18 üzvdən ibarətdir. Komissiya üzvlərini Milli Məclisdə təmsil olunan siyasi partiyaların və bitərəf deputatların irəli sürdüyü namizədlər əsasında Milli Məclis təsdiqləyir.

MSK-nın hazırki tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.

Onların arasında Akif Qurbanov MSK-da Ümid Partiyasını təmsil edir. Noyabrın 1-də keçirilən parlament seçkilərində Ümid Partiyasının sədri İqbal Ağazadənin deputat olduğu 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə seçilib. Bu da o deməkdir ki, MSK-nın yeni tərkibində A.Qurbanov təmsil olunmayacaq.

Çünki MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər.

A.Qurbanov yalnız bir halda MSK-da təmsil oluna bilər. Belə ki, Milli Məclisdə yer qazanmış siyasi partiyalardan bəziləri MSK üzvlüyünə məhz A.Qurbanovun namizədliyini irəli sürərsə, o, yenidən MSK üzvü ola bilər. Bu isə nəzəri cəhətdən mümkün görünsə də, praktik cəhətdən gözlənilən deyil.

Tarix
2015.11.03 / 10:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan "Zeytun budağı"na dəstək: türk mediası yaydı - Video

Millət vəkilinin Uludağda Qarabağ konfransı – Video

Türkiyə və ABŞ-ın Suriya qərarı nə vəd edir? – Şərh

Bakının Münhendə hədəfi: Qarabağda savaş...

MSK bu dairələrlə bağlı qərar verdi - Yeni tərkib

Elmar Məmmədyarov Hanla görüşdü: Qarabağ...

Rumın nazir müavini Kərimovdan danışdı - Video

MSK seçkilərlə bağlı iclas keçirdi: Bu şəxslər...

Prezidentin çağırışına dəstək: İrəvana qayıdış...

Bakıdan Afrin dəstəyi Türkiyədə gündəm oldu – Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla