Yuxarı

AKP qələbəsi: Ərdoğan nələr edəcək? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Ərdoğan bundan sonra yeni konstitusiya və prezident üsul-idarəetmə siteminə keçmək yönündə ciddi addımlar atmağa çalışacaq.

Bu barədə Türkiyədə keçirilən parlament seçkisində AKP-nin təkbaşına iqtidar olması fonunda ölkəni gözləyən dəyişikliklər barədə Axar.az-a danışarkən hazırda qardaş ölkədə olan politoloq Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, gərgin mübarizədən sonra AKP-nin qələbəsi ölkə idarəçiliyində ciddi dəyişikliyə gətirib çıxarmayacaq:

"Buna heç ehtiyac da yoxdur. Çünki keçici hökumətdə HDP-dən olan nazirlər yeni formalaşan hökumətdə yer almayacaqlar. Ərdoğan bundan sonra yeni konstitusiya və prezident üsul-idarəetmə sisteminə keçmək yönündə ciddi addımlar atmağa çalışacaq. Ancaq "çözüm sürəci"nin davam edib-etməyəcəyini indidən söyləmək çətindir. PKK ilə mübarizə Ərdoğana MHP-nin səslərini verdi. Bu səbəblə də prezidentlik üçün AKP PKK ilə mübarizəyə davam edə biləcəyi kimi, Öcalanla bir razılığa gəlib, kürdlərə müəyyən hüquqlar vermək şərtilə HDP-nin səsləri ilə yeni konstitusiyanı parlamentdən keçirə bilər. Bununla da Türkiyənin siyasi həyatında mühüm gedişatın şahidi ola bilərik".

Politoloq AKP-nin təkbaşına iqtidarda qərar tutmasının ölkənin iqtisadi həyatına da təsir edəcəyini deyib:

"İqtisadiyyatda canlanma, dolların məzənnəsində geriləmə müşahidə ediləcək. Xarici invenstisiyaların ölkəyə qayıtması üçün iqtisadiyyatın liberallaşdırılması sahəsində ciddi islahatlar aparılmalıdır".

AKP-nin qələbəsi fonunda Türkiyə gündəmini dəyərləndirən politoloq MHP-nin hazırkı durumuna da toxunub:

"MHP-də ciddi islahatlar aparılmasa, bu partiya növbəti seçkilərdə baryerin altına düşə bilər. MHP-də həm kadr islahatı, həm siyasi xətt islahatı aparılmalıdır. Sinan Oğanın partiyaya qayıtdığı deyilir. Məlumdur ki, Dövlət Baxçalı Sinan Oğanın partiya daxilində artan nüfuzundan dolayı onu siyasi qurumdan çıxartmışdı. Digər tərəfdən, MHP-dəki güclü adlardan olan Meral Akşənərlə də vəziyyət eynidir. Baxçalı istefa vermək niyyətində deyil. Lakin partiya qurultayında məsələ başqa istiqamətdə dəyişə bilər. Siyasi xətt olaraq MHP daha mərkəzi partiya halına gəlməlidir".

Fərhad Mediyev bildirib ki, Türkiyə Suriya siyasətində də dəyişikliyə gedə bilər:

"Rusiya və ABŞ Əsədin müvəqqəti hökumətdə yer alacağı ilə bağlı razılığa gəliblər. Bu fonda Türkiyə də Suriyə siyasətini dəyişməlidir. Lakin Türkiyə üçün bu siyasəti dəyişmənin mənası bu anlama gəlir: Türkiyə səudların pulu hesabına Nüsrə və ASO cəbhəsinə silah göndərməkdən imtina etməli, lakin bunu ABŞ ilə bir razılıq prosessində həyata keçirməlidir. Rəsmi Ankara üçün hazırda əsas mühüm məsələ Suriyanın şimalındakı kürd qəbilələri ilə necə davranacağını müəyyən etməkdir. Hələ ki, bu ciddi məsələdə heç bir addım atılmayıb. Proseslərin gedişatı məhz bu dəyişikliklərdən asılı olacaq".

Tarix
2015.11.04 / 09:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla