Yuxarı

Siyavuş Novruzov Elza Seyidcahandan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahanın üzvü olduğu YAP-ın sıralarından xaric ediləcəyi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

YAP rəsmisi S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, Elza Seyidcahan hələlik partiyanın üzvüdür:

"Bilirsiniz ki, noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə partiyanın bir neçə üzvü YAP-ın irəli sürdüyü namizədlərə alternativ olaraq öz namizədliklərini irəli sürüblər. Yəqin ki, bununla bağlı YAP rəhbərliyi yaxın vaxtlarda öz fikirlərini bildirəcək. Ancaq indidən dəqiq deyə bilmərəm ki, bununla bağlı tədbir görüləcək və yaxud görülməyəcək. Hələ bu məsələnin müzakirəsi gündəmdə deyil".

Xatırladaq ki, bir neçə sayt YAP daxilindəki mənbələrə istinadən 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahanın Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric ediləcəyi ilə bağlı məlumat veriblər. Xəbərdə qeyd edilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Elza Seyidcahan seçki öncəsi partiyanın nüfuzuna xələl gətirən çıxışlar edərək, YAP-ın siyasi kursuna zidd mövqe sərgiləyib.

Tarix
2015.11.04 / 11:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla