Yuxarı

Avropanın dördlər ittifaqından Bakıya dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər nazirinin müavini Xələf Xələfov Vişeqrad Qrupunun (Çex Respublikası, Polşa, Macarıstan və Slovakiya) siyasi direktorlarından ibarət olan nümayəndə heyətini qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, X.Xələfov görüş zamanı Vişeqrad Qrupunun Avropa İttifaqı çərçivəsində mühüm rola malik olduğunu və maraqlı təşəbbüslərlə çıxış etdiyini deyib. O, Şərq Tərəfdaşlığı təşəbbüsünün də Vişeqrad Qrupuna aid olduğunu xatırladıb. XİN rəsmisi qeyd edib ki, Avropa İttifaqı bir çox regional və beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmək qabiliyyətinə malik bir qurumdur və bu baxımdan Avropa İttifaqı çərçivəsində Vişeqrad Qrupunun təşəbbüsləri vacib əhəmiyyət kəsb edir.

X.Xələfov Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlərinin inkişafından danışaraq, bir sıra dövlətlərlə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən X.Xələfov bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Vişeqrad Qrupunun nümayəndə heyəti tərəfindən Qrup çərçivəsində əməkdaşlıq və qarşıda duran layihələr haqqında məlumat verilib. Qrup çərçivəsində əməkdaşlıq və əlaqələndirmənin 25 ilə yaxın dövr ərzində uğurla davam etdirildiyi qeyd olunaraq, əlaqələrin dövlət və hökumət başçıları və sahəvi işçi qrupları səviyyəsində aparıldığı bildirilib.

Heyət üzvləri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Vişeqrad Qrupu ölkələrinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən qonaqlar, ölkəmizdən müsbət təəssüratla ayrıldıqlarını, Azərbaycanın mövqeyini və həssaslıqlarını anladıqlarını və bu mövqeyi Brüsseldə ifadə etmək üçün maksimum səy göstərəcəklərini qeyd ediblər. Avropa İttifaqının bəzi təsisatları tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlərin təəssüf doğurduğunu qeyd edərək, strateji baxımdan mühüm regionda yerləşən Azərbaycan ilə əlaqələrin inkişafına ümidvar olduqlarını bildiriblər.

Tarix
2015.11.04 / 12:32
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla