Mehriban Əliyeva dünyan ən
gözəl və ağıllı qadınları sırasında ilk beşlikdədir.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində
rusiyalı politoloq Qriqori Trofimçuk paylaşıb. Onun sözlərinə görə,
bir çox radikallar Azərbaycanın dünyəvi dövlət olmasının qarşısını
almaq istəyirlər:
"Mehriban Əliyeva təkcə Qafqazın ən birincilərindən birincisi
deyil. Sözsüz ki, o həm də ən gözəl və ağıllı qadın kimi dünyanın
ledilər beşliyinə daxildir. Onun stili avtomatik olaraq əksər
azərbaycanlı qadınnın xarici görünüşünün və davranışının
proqramlaşmasına səbəb olur. Amma çox təəssüf ki, məhz bu faktor
dünyanın bir sıra məşhur klerikal (klerikalizm – dinin cəmiyyətdə,
siyasətdə rolunun artması, dünyəviliyin əksi – red.) radikallarının
Azərbaycanı xüsusi, zərif "hədiyyə" hesab etməyinə səbəb yaradır.
Onlar bunun üçün özlərinin islam dünyasına "uyğun olmayan" şeyi
birdəfəlik söndürmək istəyirlər".