Yuxarı

Türkiyə: “Kürdüstan” sabitliyin faktorudur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Firidun Sinirlioğlu Şimali İraq Kürd Regional Rəhbərliyinin (İKRR) Baş naziri Neçirvan Bərzani ilə görüşüb.

Axar.az xəbər verir ki, Ərbildə baş tutan görüş ictimaiyyətə qapalı keçirilib.

Regional Rəhbərliyin yaydığı bəyanatda görüş zamanı bölgədə baş verən hadisələr və ikitərəfli əlaqələr müzakirə olunub.

Bərzani 1 noyabr parlament seçkisinin insidentsiz baş tutmasına görə Türkiyə xalqını təbrik edib. O, yeni hökumətin qısa müddətdə qurulmasını və Türkiyə ilə İKRR arasında əlaqələrin güclənərək davam etməsini xahiş edib.

Sinirlioğlu da öz növbəsində Türkiyə ilə Regional Rəhbərlik arasında əməkdaşlığın hər sahədə genişləndirilməli olduğunu bildirib:

"Terrorun kökünün bölgədən tamamilə kəsilməsi üçün əməkdaşlıq önəmlidir. Türkiyə "Kürdüstan" bölgəsini sabitliyin faktoru olaraq görür".

Qeyd edək ki, Sinirlioğlu səfər çərçivəsində Regional Rəhbərliyin başçısı Məsud Bərzani və digər rəsmilərlə görüşəcək.

Tarix
2015.11.04 / 13:46
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla