Bakı Fransız liseyi fəaliyyətini dayandırır
14:15
Ana səhifə Gündəm |
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla investisiyaların qarşılıqlı qorunması haqqında müqavilənin ratifikasiya edilməsi barədə federal qanun imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib. Sənəddə bu müqavilənin qarşılıqlı ticari-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradacağı bildirilib.
Qeyd edək ki, keçən ilin sentyabrında imzalanmış bu müqavilə oktyabrın sonunda Rusiyanın Federasiya Şurası tərəfindən təsdiqlənib.
Tarix
2015.11.04 / 17:35
|
Müəllif
İlkin Həsənov
|