Yuxarı

Prezidentdən xəbərdarlıq: "Heç kim toxunulmaz deyil"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Bunun təşəbbüskarı ulu öndər Heydər Əliyevdir

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bunu bu gün Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, son illər Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir: "Məhkəmələrin faliyyəti bu məsələdə mühüm rol oynayır. Məhkəmələrə daxil olan şikayətlər getdikcə azalır. Gələcək islahatlar nəticəsində məhkəmə sistemində maksimum olunması vacibdir".

Prezident İlham Əliyev bildirib ki, yeni tikilən bütün məhkəmə komplekslərində elektron sistem qurulub. Məhkəmə sistemində qərəzli yanaşma yolverilməzdir, korrupsiyaya qarşı mübarizə aparılması əhəmiyyətlidir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək".

Dövlət başçısı qeyd edib ki, son dövrlər sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktlar üzə çıxıb: "Bu hallara yol verən şəxslər mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırılıb. Heç kim toxunulmaz deyil".

Tarix
2015.11.04 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla