Yuxarı

İlham Əliyev 9 sərəncam imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:03

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Hüseynov Emil Kamiloviç

Hüseynov Rauf Vəli oğlu

Qasımov Rafiq Yunisəli oğlu

Mahmudov Hikmət İsmayıl oğlu

Rüstəmov Musa İsmayıl oğlu

Rzayev Bayram Zülfüqar oğlu

Salahov Mustafa Səttər oğlu

Vəlixanova Fəridə Ağa Əli qızı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər:

Azadəliyev Cəbrayıl Əbdüləli oğlu

Feyzullayev Əkpər Əkbər oğlu

İmanov Muxtar Kazım oğlu

Məmmədova Məsumə Hüseyn qızı

Mikayılov Xıdır Mustafa oğlu

Novruzov Novruz Əhməd oğlu

Salamzadə Ərtegin Əbdül Vahab oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Əməkdar elm xadimi"

Balakişibəyli Şahin Abdulhəlim oğlu

Əkpərov Zeynal İba oğlu

Əliyev Kamran İmran oğlu

Haşımzadə Firudin Məmməd Əli oğlu

Kazımov Qəzənfər Şirin oğlu

Qasımlı Məhərrəm Paşa oğlu

Qaşqay Rəna Bəyim Mir Tağı qızı

Muradov Şahbaz Musa oğlu

Mustafazadə Tofiq Teyyub oğlu

Səfərli Hacıfəxrəddin Yəhya oğlu

Vəlixanova Nailə Məmmədəli qızı

Yetirmişli Qurban Cəlal oğlu

Zamanov Paşa Bayram oğlu

"Əməkdar mədəniyyət işçisi"

Abbasova Mahirə Əkbər qızı

Babaxanlı Gülbəniz İbrahim qızı

Baxşəliyeva Sona Əli qızı

Cəfərova Əminə Məzahir qızı

Əliyev Fəxrəddin Vəli oğlu

Mehdiyev Tələt Rzaqulu oğlu

Məmmədvəliyev Seyfəddin Mansum oğlu

"Əməkdar mühəndis"

Abbasov Vasif Bilal oğlu

Abdullayev Bəylər İbrahim oğlu

Abdullayev Fətəli Nəriman oğlu

Ağayev Adil Mustafa oğlu

Əfəndiyeva Elza Niman qızı

Ələkbərov Rəşid Qurbanəli oğlu

Əmirov Əjdər Məmmədəli oğlu

İskəndərov Ramiz İman oğlu

Kərimov Kamal Teymur oğlu

Quliyev Qəmbər Ağaverdi oğlu

Məmmədov Rüfət Fərzulla oğlu

Rəhmanov Rəhman Ağaverdi oğlu

Rüstəmov Muxtar İbrahim oğlu

Rzayev Pərviz Fikri oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham ƏliyevAzərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

"Şərəf" ordeni ilə

İbrahimov İsmayıl Əli oğlu

"Şöhrət" ordeni ilə

Abdinov Cavad Şahvələd oğlu

Əli-Zadə Validə Mövsüm qızı

Əzizov Akif Həmid oğlu

Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu

Qədirov Fəxrəddin Əbülfət oğlu

Quluzadə Zümrüd Əliqulu qızı

Məmmədov Tofiq Sadıq oğlu

Mövsümzadə Mirzə Məmməd oğlu

Nüsrətov Oqtay Qüdrət oğlu

"Tərəqqi" medalı ilə

Abıyev Hafiz Xeyrulla oğlu

Babayev Ramiz İmran oğlu

Babazadə Aliyə Dadaş qızı

Bəşirli Xatirə Bədrəddin qızı

Bəylərov Cabbar İsa oğlu

Eybatov Tariyel Mahmud oğlu

Əliyev Ramiz Tağı oğlu

Əminov Naib Xalıq oğlu

Əmirova Gülarə Abil qızı

Əzizova Fəridə Əhəd qızı

Hacılı Raiq Əli oğlu

Hacıyeva Gülarə Davud qızı

Hacıyeva Zemfira Əli qızı

Haqverdiyev Abil Tağı oğlu

Həsənov Məhərrəm Səməd oğlu

Həsənov Sudef Davud oğlu

İsgəndərov Asəf Talıb oğlu

İsmayılov Nəriman Məmməd oğlu

Kərimov Paşa Əli oğlu

Qasımov İsmət Ağaməli oğlu

Quliyev Varis Muxtər oğlu

Lətifova Yeganə Nazim qızı

Mahmudov Arzu Hidayət oğlu

Mehdiyev Arif-Ala Əli-Ovsəd oğlu

Məmmədov Sabir Əhməd oğlu

Mirzoyeva Nailə Bəhmən qızı

Munşiyeva Mina Kərimovna

Musayev Oruc İbrahim oğlu

Paşayev Fərhad Fərhad oğlu

Sadıqov Nazim Məhərrəm oğlu

Sadıqova Sayalı Allahverdi qızı

Səfərova Mehparə Rəsul qızı

Səidova Mədinə Tacəddin qızı

Şahmuradov İlham Əyyub oğlu

Şərifov Kamandar Kazım oğlu

Tağıyev Rasim Mustafa oğlu

Tanırverdiyev Xalid Kazım oğlu

Vəliyeva Kamilə Abdulla qızı.

18:41

İlham Əliyev Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri hesab edilən Şəki şəhərində son illərdə mühüm infrastruktur və sosial yönümlü layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Şəki Məhkəmələr Kompleksi, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün 114 mənzilli 4 yaşayış binası inşa edilmiş, Şəki Dövlət Dram Teatrının binası, 3500 yerlik şəhər stadionu yenidən qurulmuş, bir sıra tarixi və mədəniyyət abidələri bərpa olunmuş, müasir tələblərə cavab verən yeni turizm obyektləri, emal və istehsal müəssisələri, modul tipli elektrik stansiyası tikilərək istifadəyə verilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəki şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Şəki şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

19:03

İlham Əliyev F.M.Əliyevə və R.S.İsmayılova "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə Fuad Məmməd-Hüseyn oğlu Əliyevə və Rauf Səməd oğlu İsmayılova "Əməkdar mühəndis" fəxri adı verilsin.

***

İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Arslanbekov Ebazer Şevketoviç

Dəmirov Camal Abdulsəməd oğlu

Eyubov Şaiq Veys oğlu

Gülməmmədov Məcid Xəlil oğlu

Hüseynov Vüsal Təvəkkül oğlu

Mirzəyev Söhrab Ağamirzə oğlu

Şikarov Ramiz Şükür oğlu

Tağıyev Kərəm Qələndər oğlu.

***

İlham Əliyev Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 12 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon, o cümlədən 12 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

***

İlham Əliyev Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Tarix
2015.11.05 / 19:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla