Yuxarı

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin bazasında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri noyabrın 5-də Hərbi Dəniz Qüvvələrinin bazasında olublar.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qonaqları Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi qarşılayıb. İlk olaraq hərbi hissənin qərargahı qarşısında ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub.

Hərbi attaşelərə Hərbi Dəniz Qüvvələri və onun yaranma tarixi barədə ümumi brifinq təqdim olunub, qonaqlar ətraflı məlumatlandırılıb.

Qərargahda, hərbi gəmilərdə olan hərbi attaşelər, silahlanmada olan hərbi texnikaya baxıb və şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.

Matros yeməkxanaları, yataqxanaları, məşğələ otaqları və hamam-camaşırxanada olan attaşelər buradakı şəraitdən məmnun qaldıqlarını ifadə ediblər.

Sonda hərbi attaşelər tədbirin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tarix
2015.11.05 / 19:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla