Yuxarı

Ramiz Mehdiyev bu qəhrəmandan yazmışdı - Fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Azərbaycan mediasında erməni terrorçusu Monte Melkonyanın kim tərəfindən öldürülməsi ilə bağlı yayılan xəbərlər gündəmi zəbt edib. Xocalı və Qarabağ faciələrinin təşkilatçısı, ASALA terror təşkilatının liderlərindən "Avo" ləqəbli Montenin Qarabağ qazisi, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov tərəfindən öldürülmədiyi iddia olunur. İddiaya başlıca səbəb kimi Melkonyanın dəfn olunan zaman başının gövdəsində olması göstərilir.

Həmçinin MTN-nin bu illər ərzində nüfuzunu artırmaq üçün İbad Hüseynovun adından istifadə etdiyi iddia olunur. Belə ki, iddialarda İ.Hüseynov 2005-ci ildə "birdən-birə" Melkonyanı öldürdüyü, onun başını kəsdiyini xatırladığı vurğulanır. Bir neçə il əvvəl isə İ. Hüseynovun Melkonyanı öldürməsindən bəhs edən "Əsgər" sənədli filminin MTN-in birbaşa maliyyə yardımı ilə çəkildiyi bildirilir.

Melkonyanın ölümü

Rəsmi mənbələrdə Melkonyan 12 iyun 1993-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində öldürülüb.

İbad Hüseynovun Vikipedia səhifəsində isə həmin hadisə belə təsvir olunur:

"1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İ.Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan Muğanlı kəndinə daxil olur. Sonra özü ilə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir. Bu an Xocavənd rayon mərkəzi və Kuropatkino kəndi tərəfdən UAZ markalı avtomobil Muğanlı kəndi istiqamətində hərəkət edir. Bir neçə dəqiqədən sonra UAZ dağ çayında ilişir. Avtomobildən hərbi formalı bir adam düşür və iki nəfəri yerində qalmağı əmr edərək Muğanlı kəndi tərəfə getməyə başlayır. İbadın iddiasına görə, o, Monte ilə kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanavi erməni komandirinin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad ondan özü ilə silah, şəkillə bloknot, çəkmə, siqarət və qələm götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad komandirin otağına daxil olaraq: "Məndə sizin üçün suvenir var!" deyir və torbada olanlarını masaya düzür".

Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu "Dağlıq Qarabağ" kitabında da Melkonyanın ölümünə toxunulub:

"Xarici düşmənlər ölkədə ağır böhranlı situasiyadan istifadə edərək yenidən cəbhədə üstünlüyü ələ almağa çalışdı. Həmin dövrdə Ermənistan Azərbaycanın mərkəzi rayonlarını işğal etmək üçün irimiqyaslı əməliyyatlar hazırlamışdı. Yeravanın bu planını ASALA terror təşkilatının lideri, səhra komandiri Monte Melkonyan həyata keçirməli idi. Hücum 1993-cü iyun ayının ortalarına təyin olunmuşdu. Lakin bu irimiqyaslı hücum əməliyyatından bir neçə gün əvvəl İbad Hüseynovun başçılığı ilə Azərbaycan kəşfiyyat qrupu erməni qüvvələri tərəfindən nəzarət olunan ərazilərin arxasına keçir. 1993-cü il 12 iyun tarixində Xocavənd rayonunun Muğanlı kəndində Azərbaycan kəşfiyyatçıları ilə üzbəüz döyüşdə Monte Melkonyan öldürülür".

Monte Melkonyana həsr edilmiş saytda özünü fədai adlandıran silahdaşları öz komandirləri barədə xatirələrini bölüşüblər. 1993-cü ilin iyununda itkin düşmüş Melkonyanı axtarmağa səfərbər edilmiş erməni döyüşçülərinin nəql etdikləri xüsusən maraqlıdır. Erməni muzdlusu Aşot Mirzoyan bu barədə yazır:

"Bəsdir, Avonun ölümü barədə yalan danışdınız! O, kosmosdan gələnlər tərəfindən öldürülməyib. O, bizim düşmənlərimizin əli ilə qətlə yetirilib. Lakin o, hansısa gənc azərbaycanlı kəşfiyyatçısından aman diləyə bilməzdi. Mən bu hadisəni gözlərimlə görmüşəm. 12 iyun 1993-cü ildə günorta təxminən 3-də bizi həyəcan siqnalı ilə ayağa qaldırdılar. Biz Muğanlı kəndini mühasirəyə aldıq. Biz Avonu axtarırdıq. Bütün səylərimizə baxmayaraq, biz onu tapa bilmədik. O, 3 gündən sonra, başsız tapılmışdı. O, bizim onu tapdığımız yerə çox yaxın yerdə öldürülmüşdü. Biz bilmirik, onlar neçə nəfər idilər. Biz orada azərbaycanlı xüsusi təyinatlıların izlərini tapmışdıq. Onlar izlərini çox yaxşı gizlətmişdilər. Mühasirədən necə çıxdıqları isə bizə indiyədək naməlum qalır".

Bu hadisənin 2005-ci ildən məqsədli şəkildə şişirdilməsi barədə iddialara cavab olaraq xatırladaq ki, İbad Hüseynov hələ 1996-cı ildə "Xalq qəzeti"nə Melkonyanı öldürməsi barədə müsahibə vermişdi. Yəni iddialarda deyildiyi kimi, İbad hüseynov "2005-ci ildə birdən-birə" Melkonyanı öldürməsini "xatırlamayıb". Əksinə, həmin hadisədən dərhal sonra bu barədə Azərbaycan mediası yazıb, erməni tərəfinin 3 günlük matəmə batıran qəhrəmanı barədə məlumat verib. Başqa sözlə, sözügedən fotonun və İ.Hüseynovun Melkonyanı öldürməsinin 2005-ci ildə ortaya çıxması barədə iddialar absurddur.

Avropada bir neçə türk diplomata qarşı terror hücumu gerçəkləşdirən, Qarabağda azərbaycanlılara qarşı savaşan ASALA terror təşkilatının liderlərindən biri Melkonyan ermənilər üçün qəhrəman hesab olunurdu. Təbii ki, ermənilər bu mifi pozmamaq üçün Melkonyanı başsız dəfn edə bilməzdilər.

"Əsgər" filmi iddiasına gəldikdə isə filmin rejissoru Etibar Məmmədov bu məsələdə MTN-nin himayəsini təkzib edərək iddiaları yalanlayıb və filmin MTN-nin maliyyəsi ilə çəkilmədiyini ortaya qoyub.

İ.Hüseynova gəldikdə o, son günlərdə yayılan iddialara belə cavab verib:

"Mən bu mövzuya münasibət bildirmək istəməzdim. Elədiyimi etmişəm. Faktları da göz qabağındadır. Mən öz qəhrəmanlığımı bəziləri kimi sözdə yox, döyüşlərdə göstərmişəm. Hər şeydə birinci olduğumu ilk növbədə Qarabağ döyüşlərində sübut etmişəm. Bizimkilərdən 3-4 nəfər Monte Melkonyanın başını kəsdiyimi qəbul etmirlərsə, onları öldürəsi deyilik ki?"

Yuxarıda qeyd etdiyimiz kimi, bir tərəfdə Xocalı və Qarabağ faciələrinin təşkilatçısı Melkonyan, digər tərəfdə isə torpaqlarını erməni işğalçılarından azad etməyə çalışan İ.Hüseynov durur.

Ermənilər terrorçudan "milli qəhrəman" düzəltdiyi halda, niyə həqiqi qəhrəmanımızı gözdən salırıq?

Çoxsaylı gənclərin İbad Hüseynovu özünə ideal seçdiyi, qəhrəman kimi istinad etdiyi bir məqamda, Türkiyədə belə İbad Hüseynovun adını daşıyan küçə olduğu bir məqamda, az qala, böyük bir coğrafiyada İbad Hüseynov dünyanın ən qanlı terror təşkilatlarıından olan ASALA liderlərindən birinin başını kəsdiyini təsdiqlədiyi və hətta ermənilərin özlərinin etiraflarında bu fakt yetərincə əksini tapdığı məqamda, bu gülünc iddialara heç bir yer qalmır.

Tarix
2015.11.05 / 22:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla