Yuxarı

Tehranın Moskva şübhəsi böyüyür – Prinsip

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran qazının Avropa bazarına çıxışında imkanlar artır.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb.

O, İranın dünya bazarına çıxışında Azərbaycan və Türkiyə marşrutlarının daha şanslı olduğunu hesab edir.

"İranın diversifikasiya üçün müxtəlif variantları var. İranın Ermənistanı da özünə marşrut görməsi ilə bağlı məlumatlar dolaşır. Buna rəvac verən erməni mətbuatıdır. İrəvan Tiflislə anlaşmağa və Abxaziya vasitəsilə Rusiya-Ermənistan dəmiryolu xəttinin bərpasına çalışır. Düzdür, İvanişvili hakimiyyətdə olanda o da bu məsələdə tərəfdar idi. Ancaq sonra Gürcüstan bundan geri çəkildi. İndi bu məsələ yenə aktuallaşıb. Bəzi mənbələrin məlumatına görə, İvanişvili bu ideyasından dönmək istəmir. Lakin Azərbaycanın hazırda çox geniş imkanları var ki, sözün əsil mənasında Gürcüstana sanksiyalarla cavab versin. Ona görə də bu variant inandırıcı deyil".

Politoloq daha bir məqama diqqət çəkərək Tehranın hazırda Moskvaya o qədər də arxalanamdığını deyib:

"Rusiyanın planları var ki, İran qazını Avropaya doğru buraxmasın. Ancaq Moskvanın bu planları yolunda getməyə bilər. Üzdə yaxınlaşmaya baxmayaraq, Tehran Moskvaya tam şəkildə arxalanmır. Artıq İranın da Rusiya ilə bağlı böyük bir narazılığı var. Prinsip etibarilə Tehran İrana qarşı sanksiyalara Moskvanın "hə" cavabını unutmayıb. Artıq ABŞ İranla nəinki razılaşır, hətta Tehranın tələblərinə müsbət cavab verməli olur. Digər tərədən isə Suriya məsələsində də format genişlənir. Kerri Zərifi Vyanaya şəxsən dəvət etməklə İranın prosesə cəlb olunmasından yana olduqlarını göstərir".

İranın Ermənistana böyük investisiyalar qoymayacağını deyən politoloq gec-tez İrəvanın da dünya geoiqtisadi sisteminə qayıdacağını bildirib:

"Blokada aradan qalxdıqda İran, Türkiyə və Rusiya Ermənistan bazarı uğrunda çox böyük fəallıq göstərəcəklər. İran məhz Qərb və ABŞ-ın xahişi əsasında Ermənistana köməklik etsə də, tələsmir. Bu məsələ İran-Qərb münasibətlərinin formatında daim var. Bir sözlə, İran Ermənistana böyük investisiyalar yatırmayacaq. Bu, hazırda sadəcə illüziyadır. O ki qaldı İranın Avropa bazarına çıxışına bu məsələdə Azərbaycan və Türkiyə marşrutlarının şansı daha çoxdur".

Tarix
2015.11.06 / 09:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla