Yuxarı

Kremlə təyyarə mesajı: “Misirdəki qəzanı...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin "texniki qəza" məsələsində israr etməklə vətəndaşlarını "İŞİD qisas alır" iddiasından uzaq tutmağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğıu öz Feysbuk hesabında yazıb. O, Misirin Sinay yarımadasında qəzaya uğrayan Rusiya təyyarəsi ilə bağlı fikirlərini bölüşüb:

"ABŞ Prezidenti Barak Obama və Böyük Britaniyanın Baş naziri Devid Kemeron Misir səmasında qəzaya uğrayan Rusiya təyyarəsinə bomba qoyulduğunu deyirlər. Kreml isə iddia edir ki, bu, texniki qəzadır. Fikir ayrılığı nədən yaranıb? Məsələ burasındadır ki, Vaşinqton və London "bomba partladılıb" deməklə Rusiya ictimaiyyətinə mesaj göndərirlər ki, Putin Əsədi dəstəklədiyinə və Suriyada terrorçuların ərazisini bombaladığına görə İŞİD ruslardan qisas alır və bu halda Putin öz vətəndaşlarını qoruya bilməyəcək. Putin isə "texniki qəza"da israr etməklə vətəndaşlarını "İŞİD qisas alır" iddiasından uzaq tutmağa çalışır".

Qeyd edək ki, oktyabrın 31-də Rusiya təyyarəsi Misirin Sinay yarımadasında qəzaya düşüb. Təyyarədə olan 224 sərnişindən hamısı həlak olub. Ölənlərin 17-si uşaqdır.

Tarix
2015.11.06 / 11:34
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla