Yuxarı

FHN əməkdaşları mükafatlandırıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyi münasibətilə noyabrın 6-da Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənən, 50 illik yubiley yaşları tamam olan təcrübəli əməkdaşların FHN işçiləri Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.

AzərTac xəbər verir ki, tədbirdə Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov, nazirliyin Aparat və qurumlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 ili müddətində respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən söhbət açıb, yubilyarları təbrik edib.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov əhalinin yanğın təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması məqsədilə həyata keçirilən tədbirlər, Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyinin dövlət səviyyəsində qiymətləndirilməsi haqqında ətraflı məlumat verib, vəzifə borcunu layiqincə yerinə yetirən əməkdaşları təbrik edib.

Sonra Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənən, 50 illik yubiley yaşları tamam olan təcrübəli əməkdaşlar Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tarix
2015.11.06 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla