Yuxarı

SOCAR: "Fırıldaqçılarla mübarizə davam etdirilir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə SOCAR-ın dünyada nüfuzunun artması və beynəlxalq brend kimi tanınması ilə əlaqədar olaraq şirkətdə karyera qurmaq istəyən vətəndaşların sayı artmış və bəzi işbazlar insanların bu istəyindən öz şəxsi mənafeləri üçün istifadə etməyə cəhd göstərirlər.

Axar.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, 2011-ci ildən etibarən SOCAR üzrə işə qəbul mərkəzləşdirilmiş qaydada şirkətin İnsan Resursları Departamenti tərəfindən müsabiqə yolu ilə şəffaf həyata keçirilir. Lakin müxtəlif şəxslər, işbazlar, şirkətlər və ya onların nümayəndələrinin SOCAR adından saxta iş təklifləri kimi faktlara hələ də rast gəlinməkdədir. SOCAR işə qəbulla bağlı işbazlar tərəfindən aldadılmış vətəndaşlardan ünvanlanmış müraciətləri hüquq-mühafizə orqanlarına göndərmiş və bəzi tədbirlər görülmüşdür. İnsan Resursları Departamenti bir daha vətəndaşların diqqətinə çatdırır ki, SOCAR-da işə qəbul olunmaq üçün heç bir vəsait tələb olunmur, işə qəbul prosesi tam obyektiv, şəffaf, çoxpilləli nəzarət və videoçəkilişlə həyata keçirilir. Odur ki, bir daha vətəndaşları sayıq olmağa, müxtəlif şəxslərin, fırıldaqçı şirkətlərin saxta təkliflərinə aldanmamağa çağırırıq.

SOCAR-ın İnsan Resursları Departamenti işə qəbul prosesi ilə bağlı aşağıdakı məqamları bir daha vətəndaşların diqqətinə çatdırır:

SOCAR-da işə qəbul prosesində namizədlərdən hər hansı bir mərhələdən keçmək üçün ödəniş və ya bank hesab rekvizitləri tələb edilmir.

SOCAR-da mövcud olan vakansiyalar şirkətin (http://careers.socar.az) və onun struktur bölmələrinin veb-səhifələrində, həmçinin "İki Sahil" qəzetində elan edilir.

Elektron müraciət formasını özünüz doldura bilmədikdə, bu işə nəzarət etməklə ən etibarlı şəxlərə həvalə edərək, müraciətdə öz mobil nömrənizin və elektron poçt ünvanınızın qeyd olunmasından əmin olun.

Test, müsahibə və ya peşə sınaq imtahanları yalnız SOCAR-ın İnsan Resursları Departamentinin inzibati binasında (Ş.Mirzəyev küçəsi 26 ünvanında) və ya İnsan Resursları Departamenti tərəfindən müəyyənləşdirilmiş başqa istehsalat sahələrində (ünvanları imtahandan 2-3 gün əvvəl SOCAR-ın İnsan Resursları Departamenti vasitəsilə namizədlərin telefon nömrələrinə (521 prefiksli nömrələrdən) və elektron poçtlarına (hr@socar.az) bildiriş şəklində göndərilir. İmtahanlarda İRD-nin səlahiyyətli nümayəndəsi iştirak edir.

Əgər şübhəli zəng (xüsusi ilə də mobil nömrələrdən, gizli zənglər vasitəsilə) və ya yahoo.com, gmail.com, mail.ru tipli ödənişsiz hesablardan e-poçt vasitəsilə məlumat almısınızsa, bu şəxslər və ya şirkətlər tərəfindən təqdim edilən saxta iş təklifi və ya xidmətlər barədə hüquq mühafizə orqanlarına məlumat verməyinizi tövsiyə edirik.

Tarix
2015.11.06 / 20:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla