Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Fevral 2018


DİN: Qanunsuz aksiya təşkil edənlər həbs edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bundan dərhal sonra, özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər.

Axar.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb.

Görülmüş tədbirlərlə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb və hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilib.

Qanunazidd hərəkətlərə yol verən şəxslərin nəzərinə çatdırılır ki, ölkədə asayişin və sabitliyin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı gələcəkdə də qətiyyətlə alınacaq.

Tarix
2015.11.06 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ mediası Xocalıdan yazdı: “Boko Haram”ın vəhşilikləri...

Adı MSK-da, özü yox partiyalar - Siyahı

Nazirlər Xocalı şahidini ayaq üstə dinlədi - Video

DİN-dən Xoşqədəmin verilişindəki iddialara cavab: Ucuz şou...

Stalin azərbaycanlılar haqda deyirdi ki... - Akademik

Leyla Əliyevanın təşəbbüsü ilə İstanbulda - Xocalıya ədalət...

Sabir Rüstəmxanlı türkman liderlə nədən danışdı

Tələbələrin təqaüdü nə qədər artırıldı?

Bu anti-təbliğatın qarşısını almaq üçün... - Komitə sədri

Nazirlik hərbi hissələrdə tədbir keçirdi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla