Yuxarı

"Sabunçudakı dəstə radikal ekstremistlərdir "

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon polis idarəsinə hücum edənlər dindarlar deyil, din pərdəsi altında gizlənmiş radikal ekstremist dəstədir. Onların məqsədi Azərbaycanda teokratik rejim formalaşdırmaq və beynəlxalq terror şəbəkəsinin Suriya ssenarisini Azərbaycanda həyata keçirməkdir.

Bu sözləri APA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, hazırda müsəlman şərqində baş verən hadisələr islam dininə və mədəniyyətinə qarşı yönəlib və onun həqiqi islamla heç bir əlaqəsi yoxdur. "İmperialist mərkəzlər tərəfindən yaradılan və idarə olunan beynəlxalq terror şəbəkəsinin məqsədi islam dinini gözdən salmaq, müsəlman şərqində milli dövlətlərin mövcudluğuna son qoymaqdır. İdarə olunan xaos siyasəti əsasında törədilən bu hadisələrdə məqsəd islam dünyasının yeraltı və yerüstü sərvətlərini istismar etməkdir. Hazırda radikal ekstremist qruplaşmalar islama qarşı terrorun coğrafiyasını genişləndirərək bütün müsəlman ölkələrinə yaymaq istəyirlər".

Hikmət Babaoğlunun sözlərinə görə, Sabunçu rayonunda baş verən hadisələri bu kontekstdə qiymətləndirmək lazımdır: "Sabunçu polis idarəsinin qarşısında təxribat törədənlərdə radikal ekstremist qruplaşmalarla sıx əlaqədə olan və onların direktivləri ilə hərəkət edən dəstənin üzvləridir. Öz-özlüyündə onlar da İŞİD-in başqa bir formasıdır. Ancaq onların niyyəti Azərbaycanda baş tutmayacaq. Birincisi ona görə ki, ölkəmizdə funksional dövlət aparatı var və hüquq mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. İkincisi ona görə ki, Azərbaycanda islamı obyektiv əsaslarda dərk edən intellektual cəmiyyət və savadlı dindarlar var. Bu iki faktor ölkəmizi beynəlxalq terror şəbəkəsinin poliqonuna çevrilməsinə imkan verməyəcək".

Tarix
2015.11.06 / 22:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla