Yuxarı

Şulepov: "Heydər Əliyevin hər gəlişi..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də Rusiyanın Voloqda şəhərinin "Oktyabr İnqilabı" ordeni ilə təltif edilməsi şərəfinə xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Voloqdanın başçısı Yevgeni Şulepov iştirak ediblər.

Y.Şulepov mərasimdə çıxış edərək bildirib ki, SSRİ-nin əhəmiyyətinə görə ikinci ali ordenini Voloqdaya o zaman Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Heydər Əliyev gətirib: "Heydər Əliyev Voloqdaya tez-tez gəlirdi və hər gəlişi şəhərin iqtisadiyyatının inkişafına güclü təkan verirdi. Optika mexaniki zavodunun ikinci növbəsi, podşipnik zavodunun əlavə binası, yaşayış massivləri, məktəblər və uşaq bağçaları Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə tikilmişdi. Heydər Əliyevin Voloqdaya gəlişini xatırlayıram. Şəhər onun gəlişinə ciddi hazırlaşırdı. Heydər Əliyev Sovet İttifaqının bütün sənaye potensialına rəhbərlik edirdi və onun səfərindən sonra şəhərin həyatı yaxşılığa doğru xeyli dəyişdi".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dahi azərbaycanlı Heydər Əliyevin xatirəsinə böyük ehtirama görə Voloqda sakinlərinə təşəkkürün bildirib. Diplomat qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sovet ittifaqı dönəmində siyasi büronun üzvü, nazirlər soveti sədrinin birinci müavini idi və onun bilavasitə rəhbərliyi ilə ölkədə bir çox həyati əhəmiyyətli sahələr sürətlə inkişaf edirdi: "Hazırda müxtəlif ölkələrdə yaşamağımıza baxmayaraq, əlaqələrimizi, mənəvi birliyimizi itirməmişik. Bu gün xatirə lövhəsinin açılması Heydər Əliyevin Voloqdaya səfərini yada salır. Bu, göstərir ki, iki xalq arasında mənəvi əlaqələr qırılmazdır. Rusiyanın qədim şəhərlərindən biri olan Voloqdada Azərbaycana, azərbaycanlılara, xalqımızın ümummilli lideri Heydər Əliyevə ehtiram və hörmətin şahidi olmaq mənim üçün çox xoşdur".

Voloqdanın fəxri vətəndaşı, 1983-cü ildə bu şəhərə ali mükafatın təqdim edilməsi mərasiminin iştirakçısı, Heydər Əliyevi həmin səfərində müşayiət etmiş Aleksey Plexanov vurğulayıb ki, Heydər Əliyev şəhərin bir çox problemlərinin həllinə kömək edirdi. O deyib: "33 il əvvəl Heydər Əliyev Oktyabr bağçasında palıd ağacı əkmişdi. Palıd möhkəm ağacdır, o, əsrlərlə yaşayacaq və iki xalq arasında dostluğun rəmzinə çevriləcək".
Qeyd edək ki, 1983-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Rusiyanın Voloqda şəhərinin bayrağına "Oktyabr İnqilabı" ordenini sancıb. Bu münasibətlə keçirilən təntənəli tədbirlərdə iştirak edən Heydər Əliyev şəhərin Oktyabr bağçasında palıd ağacı da əkib. İndi həmin ağacın qarşısında şəhər sakinlərinin minnətdarlığının rəmzi kimi "Bu ağacı görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyev 1983-cü il iyulun 2-də əkib" sözləri yazılmış xatirə lövhəsi qoyulub.

Tarix
2015.11.06 / 22:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla