Yuxarı

İŞİD-ə qoşulmaq istəyən Rusiya vətəndaşı geri qaytarılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatına qoşulmaq istəyən Azərbaycanda saxlanılan Rusiya vətəndaşının ekstradisiya proseduru üçün Rusiya tərəfi ilə danışıqlar aparılır. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Ziyadxanov Əhmədxan İdrisoviç barədə sənədlərin verilməsi üçün Rusiya tərəfinə müraciət edilib. Hüquqi proseduralar həyata keçirildikdən sonra Ziyadxanov Əhmədxan İdrisoviç Rusiyaya ekstradisiya olunacaq.

Qeyd edək ki, Azərbaycan sərhədçiləri İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya vətəndaşını saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən öncə Trend-ə verilən məlumatda bildirilir ki, Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 oktyabr 2015-ci il tarixdə "Baki-İstanbul" aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini 30.06.1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanıl­ıb.

Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün AR və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.

Tarix
2015.11.08 / 10:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla