Yuxarı

MTN generalından şok faktlar - Şəxsi həbsxanası varmış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onun Bakıda gizli həbsxanası olduğu bildirilir.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib və ciddi nəzarət altına alınıb. Onun yaxın günlərdə həbsə atılacağı gözlənilir.

MTN-ə yaxın mənbələrdən strateq.az saytına daxil olan məlumata görə, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa general Çovdarovdan aldıqları haqda ifadələr veriblər və artıq onun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb.

Eyni zamanda, təhlükəsizlik məqsədilə adları hələlik cəmiyyətə açıqlanmayan xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər.

Məlumata görə, həm bu adamların, həm də həbs olunan MTN əməkdaşlarının dindirilməsi zamanı ortaya təkcə MTN-dəki məlum dəstənin sahibkarları necə soyub-taladıqlarının ağlagəlməz mexanizmi çıxmayıb, üstəlik sensasiya sayılacaq başqa bir mühüm fakt da aşkarlanıb.

Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub.

Məlum olub ki, MTN-dəki məlum dəstə pul almaq məqsədilə keçirdikləri əməliyyatlar barədə hər hansı iz qoymamaq və informasiyanın kənara sızmaması üçün xeyli sayda adamı, xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə qohumluq əlaqələri olan imkanlı adamları məhz MTN binasından kənarda yerləşən bu gizli həbsxanaya aparıb saatlarla və günlərlə rahatca saxlayır, sonda isə əvvəlcədən dinləmə və izləmə vasitəsilə topladıqları rüsvayedici kompromatları nümayiş etdirir və qarşılığında külli miqdarda pul tələb edirmişlər.

Həmin şəxslər də tələb olunanı dinməzcə verib canlarını qurtarır, heç hara gətirildikləri, hansı qurum tərəfindən saxlandıqları barədə nəinki hər hansı məlumata, hətta cüzi təsəvvürə də malik olmurmuşlar. Bu barədə danışmağın onlara baha başa gələ biləcəyi xatırladıldığından qorxularından kimsəyə də nəsə demirmişlər.

Əldə edilən məlumatlara görə, Çovdarova bu işlərin görülməsində təkcə MTN-dəki dəstəsi yox, Rusiya və Gürcüstanın cinayət aləmindəki şəbəkəsi də böyük köməklik göstərib. Onlar bütün bu qaranlıq işlərində faktiki olaraq əlbir fəaliyyət göstəriblər...

Xatırladaq ki, sabiq nazir Eldar Mahmudovun kassiri və sirdaşı sayılan Çovdarovun adı Azərbaycan mətbuatına çox yaxşı tanışdır. Vaxtilə həbsxanada "nadzor" olan, daha sonra polis sisteminə keçən, oradan da MTN-ə gətirilən Akif Çovdarov bütün bu "poqon altındakı fəaliyyəti" boyu "qara işlər"in ən yaxşı icraçısı kimi ad çıxarıb...

Belə görünür ki, indiyədək barəsində mif yaradılmış "Çovdarov əfsanəsi" də artıq birdəfəlik bitmək, müasir Azərbaycanın tarixinin qanla yazılan daha bir səhifəsi çevrilmək, qapanmaq üzrədir. Bu dəfə o, öz əməlləri ilə öz xirtdəyinə keçirdiyi ədalət mühakiməsinin kəndirindən çətin ki, yaxa qurtara bilsin...

Tarix
2015.11.09 / 01:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla