Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Fevral 2018


Ermənistan Lavrovu təcili çağırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin sürətli inkişafından olduqca narahatdır.

Bu barədə Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə danışıb. Politoloq son səfərlərin fonunda çox önəmli məqamlara toxunub:

"Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin sürətli inkişafından olduqca narahatdır. Artıq Rusiyanın müxtəlif dövlət adamları işğalda olan torpaqların Azərbaycana qaytarılmasından açıq danışırlar. Bu fonda AŞPA-nın qətnaməsi də Ermənistanın mövcud siyasi kursunun ciddi laxladığından xəbər verir. Görünür, vəziyyətin sürətlə dəyişməsini seyr edən Ermənistan rəhbərliyi preventiv addımlar atmağa başlayır. Rəsmi məlumata görə, Lavrovu İrəvana Nalbandyan dəvət edib. Bu o deməkdir ki, təşəbbüs Ermənistan tərəfindən gəlir. Son zamanlar Sərkisyan çalışır ki, Ermənistanın regiondakı rolunu artırsın. Buna görə də Gürcüstanla qaz layihələri həyata keçirib, Tiflisin apardığı siyasətdə rusiya amilindən istifadə etməklə Gürcüstanla Rusiya arasında vasitəçilik etməyə çalışır. Ancaq bu vacib məsələni Kremlin iştirakı olmadan həyata keçirmək mümkünsüzdür. Ona görə də Ermənistan rəhbərliyi Lavrovu dəvət edib. Xarici işlər nazirləri çox güman ki, müəyyən ticarət aparmağa çalışacaqlar. Bu da o anlama gəlir ki, bir çıxış yolu qalır: ya Azərbaycanla yaxınlaşma, ya da Gürcüstanda möhkəmlənmək".

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana səfər edəcək.

Tarix
2015.11.09 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İstanbulda izdiham: Xocalı soyqırımı...

Xocalı həqiqətləri "Habertürk" kanalında - Foto

Xocalı faciəsi ilə bağlı bəyanat verildi

Paşayevadan Makrona etiraz: Ədalətsiz qərar...

Yəhudilər "Ana harayı" abidəsini ziyarət etdi - Foto

Xocalı ilə bağlı tükürpədən - Video

Rusiya Ermənistanı müharibəyə hazırlayır – Şərh

ABŞ-ın Rusiyaya sanksiyası: Türkiyə də hədəf ola bilər

Xocalı ilə bağlı bəyanat: Dünyaya çağırış edildi

ABŞ mediası Xocalıdan yazdı: “Boko Haram”ın vəhşilikləri...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla