Yuxarı

Elmar Məmmədyarov Edvard Nalbandyan ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 23-24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasında bildirib ki, danışıqlar zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb: "Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan E.Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən nə qədər tez çıxarılsa, bir o qədər qısa müddət ərzində münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar".

Onun sözlərinə görə, görüşdə bir sıra məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub: "Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir". (Trend)

Tarix
2014.01.24 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla