Yuxarı

Rusiya imperiyası mütləq dağılacaq – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın taleyi ciddi sual altındadır və bu imperiya dağılmağa məhkumdur".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

O, rusiyalı politoloq Qriqori Trofimçukun bu gün Qarabağ haqqında "Axar.az"a dediyi sözləri şərh edərkən bildirib ki, Rusiya çökəcək və buna görə də rus politoloqun proqnozları özünü doğrulda bilməz. V.Quluzadə Qarabağın heç bir zaman Ermənistana güzəştə gedilməyəcəyini, rusiyalı mütəxəsisin öz dövlət maraqlarına uyğun açıqlama verdiyini söyləyib: vurğulayıb:

"Trofimçuk bilməlidir ki, Rusiya Federasiyası faktiki olaraq Rusiya imperiyasıdır. İmperiya kimi bir çox cinayətlər törədib. Cinayətlərin biri də Ermənistan - Azərbaycan münaqişəsini yaratmasıdır. Rusiya Federasiyası dağılmaq üzrədir. Qoy Trofimçuk bunu düşünsün. Düşünsün ki, Tatarıstan və Başqırdıstan müstəqil dövlət olacaq. Rusiyanın gələcək taleyi ciddi sual altındadır. Tarixdə elə bir imperiya yoxdur ki, əbədi olsun. Bütün imperiyalar çöküb. Rusiya imperiyası isə iki dəfə çöküb. Bir çar vaxtında, bir də 1991-ci ildə. İndi bu imperiya da dağılmağa doğru gedir. O getsin, öz dərdinə qalsın. Qarabağ Rusiyanın olmayacaq".

Rusiya son anlarını yaşayır

Siyasi ekspert Zərdüşt Əlizadə də Rusiyanın son anlarını yaşadığını deyib. Politoloq Azərbaycanın Qarabağı qaytarmaq şanslarını özündə saxladığını xüsusi vurğulayıb: "Rusiyanın daha genişmiqyaslı politoloqları özləri ciddi proqnozlar veriblər ki, Rusiyanın sonu çatıb, Rusiya dağılacaq. Amma Rusiyanın dağılması məsələsinə Trofimçuk hələ də cavab vermir. Nəzərə alın ki, getdikcə iqtisadiyyatı tənəzülə uğrayan Ermənistan kimi bir ölkə batmaq üzrə olan Rusiyaya söykənir. Trofimçuk bax bunun da qabağında susur. Qarabağı indiki zamanda heç bir dövlət tanımır. Kosova müstəqil olanda onlar sevinmişdilər, elə güman edirdilər ki, Qarabağın da de yure tanınması prosesi başlayacaq. Amma hazırda Kosovanı 80 dövlət tanıdığı halda Qarabağı heç kim tanımır. Azərbaycanın resursları var və bu bizə imkan verir ki, işğal altındakı torpağımızı geri qaytara bilək".

Qeyd edək ki, bu gün rusiyalı politoloq Qriqori Trofimçuk saytımıza verdiyi eksklüziv müsahibədə Qarabağın Azərbaycana qayıtmaq şansının qalmadığını bildirmişdi. O, bunu tarixdə torpağı işğal olunmuş bir ölkənin öz ərazisini yenidən bərpa etmək tendensiyasının heç vaxt müşahidə olunmaması ilə əlaqələndirmişdi.

Tarix
2014.01.29 / 18:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla