Yuxarı

Penitensiar Xidmətin 200 əməkdaşı məsuliyyətə cəlb olunub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin 197 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 37 əməkdaşı vəzifəsindən azad edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a daxil olan məlumata görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində il ərzində 258 müxtəlif cinayətin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2013-cü il ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 178 litr spirtli içki, 571 mobil telefon, 453 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Qeyd edilib ki, il ərzində cinayətlə vurulmuş maddi ziyanın ödənilməsi üzrə tədbirlər xüsusi nəzarətdə olub, məhkumlar tərəfindən zərərçəkmişlərə 1 milyon 77 min 758 manat vəsaitin ödənilməsinə nail olunub.
Məhkumların ictimai-faydalı əməklə təmin olunmaları sahəsində əvvəlki illərlə müqayisədə irəliləyiş əldə olunduğu, "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində 4 cəzaçəkmə müəssisəsində əlavə iş yerlərinin açılmasına imkan verən yeni istehsal sahələrinin təşkil olunduğu, 16 müəssisədə dəzgah, avadanlıq və alətlərin müasirləşdirildiyi vurğulanıb.

Müşavirədə hesabat dövrü ərzində Penitensiar Xidmətin 197 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 37 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, 16 nəfərin isə ədliyyə oranlarından xaric edildiyi bildirilib.

Tarix
2014.01.29 / 20:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla