Yuxarı

Krımın Türkiyəyə verilməsi gündəmə gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna dövləti baş verən siyasi böhrana görə parçalanarsa, Krım yenidən Türkiyəyə verilə bilər.

"Axar.az" "Hürriyət"ə istinadən bildirir ki, Krımdakı Rusiya tərəfdarı olan hökumət Kiyevdəki son hadisələrə görə bir aydır ki, "qərblilər paytaxt Kiyevi ələ keçirsə, biz ayrılacağıq" açıqlamarını verir.

Rusiya və Avropa mətbuatında da bu açıqlamalara yer verilib.

Osmanlı ilə Rusiya İmperiyaları arasındakı 230 illik müqavilə

Krım rəhbərliyi "ayrılarıq" deyir. Ancaq məsələ burasındadır ki, 230 il əvvəl Osmanlı ilə Rusiya arasında imzalanan "Kiçik Qaynarca" müqaviləsində yarımadanın öz muxtariyyətini elan edə bilməməsi haqda bənd var. Hələ də etibarlılığını qoruyan və Rus çariçası II Yekaterinanın 1783-cü ilin 19 aprel tarixində imzaladığı müqaviləyə əsasən Krım yarımadası Osmanlının himayəsindən alınaraq Rusiyaya verilib. Ancaq müqavilənin ən vacib maddələrindən biri yarımadanın müstəqillik elan edə bilməyəcəyi və üçüncü bir tərəfə verilə bilməyəcəyidir. Əgər belə bir addım atılarsa, Krım avtomatik olaraq Türkiyənin (Osmanlının varisi olduğu üçün) himayəsinə verilməlidir.

Özal Krımı istəyə bilməmişdi

1991-ci ilində SSRİ parçalandığı vaxt bütün sovet ölkələri müstəqilliyini elan etdiyi kimi Ukrayna da müstəqilliyini elan etmişdi. Bu vaxt Türkiyə "Kiçik Qaynarca" müqaviləsini əsas göstərərək yarımadanı istəmək hüququ əldə etmişdi. Ancaq o vaxt Turqut Özal Türkiyəsində şimalda baş verən geopolitik dəyişiklik və dünyanın ümumi şəraiti diqqətə alınaraq rəsmi Ankara bu hüququnu gündəmə gətirməmişdi. Beləcə, Türkiyə sadəcə, Krım yarımadasında yaşayan, etnik azlıq olan tatarlara haqlarının verilməsini müdafiə etməklə kifayətlənmişdi.

Türkiyə "Krımı istəyirəm" deyə bilər

Son 23 ildə çox şeylər dəyişib. Krım yarımadası Ukraynadan ayrılaraq təkrar olaraq Rusiya dövlətinə qatılmaq istəsə belə, əvvəlcə Kiyevdən asılı olmadığını elan etməlidir. Məhz bundan sonra beynəlxalq hüquqa əsasən Türkiyə "Krım yarımadası rəhbərliyini nəzarətimə əlavə edirəm" deyə bilər.

Tarix
2014.01.30 / 13:27
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla